Baş həkim İmran Ağayev və həmkarları 67 min mənimsəyib
FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi və digər vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.
BiG.AZ xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, hospitalın baş həkimi İmran Ağayev və digərləri barəsində başlanmış cinayət iş üzrə istintaq yekunlaşdırılıb.
İstintaq zamanı müəyyən edilib ki, İmran Ağayev həmin vəzifədə işləyərkən müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın "VİP korpus"larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat alıb.
Həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İmran Ağayevin fasiləsiz şəkildə müəssisəyə qəbul olunmalarına dair görüntü yaratmaqla COVİD-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu "Medi Style" MMC-nə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət haqqı qismində ümumilikdə cəmi 51 min 600 manatı almasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, İmran Ağayevin müxtəlif tarixlərdə verdiyi COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin (müəssisənin vəzifəli şəxsi) mütəmadi olaraq sərbəst şəkildə tibb müəssisəsinin inzibati binasını tərk edərək sərbəst şəraitdə hərəkət etməsinə şərait yaratmasına, həmin hərəkətləri ilə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozaraq xəstəliyin yayılması ilə bağlı ağır nəticələrə səbəb olan real təhlükə yaratmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında İmran Ağayev və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
BiG.Az
Telegramda izləyin
instagramda izləyin
Xəbərlər Baxılıb: 939 Tarix: 15 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Onu döyəndən sonra 800 manatı cırıb atdım" - Alim Qasımovun kürəkəni
Xalq artisti Alim Qasımovun həbs edilən kürəkəni Elnur Mövlamovun soyğunçuluq əməlləri ilə bağlı bir sıra detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilən E.Mövlamovun cinayət əməlindən zərərçəkmişlərdən bir
15.09.2021 16699 "Azərişıq" abonenti, abonent də "Azərişığ"ı günahlandırır - Əsl SƏBƏB nədir?
Dünən saytımızda "Azərişıq" ASC-dən toplu şəkildə şikayət gedib. Belə ki, insanlar qeyd edirlər ki, evdə olmadıqları, əvvəlki qaydada elektrik enerjisi istifadə etdikləri halda aylıq işıq pulu keçən aylara nisbətən çox gəlib. Qeyd etmək istəyirəm ki, xəbər saytımızda getdikdən sonra "İnstagram"
15.09.2021 696 Mehriban Əliyeva Yaqub Zurufçunun dəfn mərasiminə əklil göndərib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Yaqub Zurufçunun dəfn mərasiminə əklil göndərib. -ın məlumatına görə, əklil Y.Zurufçunun məzarı önünə qoyulub. Qeyd edək ki, Y.Zurufçu dünən "Yeni klinika"da koronavirusdan vəfat edib. 65 yaşlı Əməkdar artis
15.09.2021 723 İlham Əliyev səfirə yeni vəzifə verdi - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif İsmayıl oğlu Sadıqovun eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb
15.09.2021 499 Bayram Səfərov: "Özbaşına deyiləm ki, Şuşada ev tikdirim"
"Şuşada gedən bərpa və yenidənqurma işlərindən xəbərim var. Şuşaya gedəndə orada aparılan işlərlə yaxından tanış oldum, bərpa işləri sürətlə davam etdirilir". Bu sözləri Şuşanın icra başçısı Bayram Səfərov deyib. O xatırladıb ki, müharibədən sonra Şuşada yerləşən ata evini tapıb:. "Gedi
15.09.2021 709 Şuşaya elektrik xətti ilə internet də veriləcək
Şuşa şəhəri və Suqovuşan qəsəbəsinin elektrik təchizatının təmin edilməsində ilk dəfə müasir tipli mühafizəli və izolyasiyalı kabel xətti, paylayıcı şəbəkə modeli tətbiq olunub. Bunu "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Prezident İlham Əliyevə paytaxtın Xəzər rayonunda yeni tikilən 110/35/1
15.09.2021 320 Mehriban Əliyevadan Bilik Günü ilə bağlı paylaşım - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü ilə bağlı paylaşım edib. Mehriban Əliyeva fikirlərini "Instagram" hesabında fikirlərini bölüşüb. "Əziz məktəblilər və tələbələr!. Sizi Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qoy yeni tədris ili parlaq, yaddaqalan, səmərəl
15.09.2021 523 Yaqub Zurufçu dəfn olundu
Əməkdar artist Yaqub Zurufçu dəfn olunub. Axşam.az-a istinadən xəbər verir ki, mərhum müğənni "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Yaqub Zurufçu ilə vida mərasiminə yaxınları qatılıblar. Qeyd edək ki, müğənni koronovirus infeksiyasına yoluxmuşdu. O, yerləşdirildiyi xəstəxanad
15.09.2021 2334 Xoşqədəmin vəkilindən məhkəmə qərarı ilə bağlı iddiaya CAVAB
Əməkdar jurnalist, aparıcı Xoşqədəm Hidayətqızı ilə şairə Nazilə Səfərli arasında gedən məhkəmə prosesi başa çatsa da, mübahisə bitmir. N.Səfərli onun adından yayımlanan üzr məktubunun gerçək olmadığını açıqlayıb. Axşam.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Xoşqədəm Hidayətqızının vəkili Rami
15.09.2021 1476