Azərbaycanın gənc yazarının intim yazıları yayıldı (Şeirlər)

Azərbaycanın gənc yazarının intim yazıları yayıldı (Şeirlər)"Bu şeirləri də, mən göndərdiyimi də yayımlayın görək onlar romanımın çapı ərəfsində nə demək istəyirlər?"

Bir neçə gündür "Qafqazinfo" portalına "Nilufer Qafarli [email protected]" adresindən gənc yazar Şəbnəm Karslıya aid olduğu iddia edilən intim şeirlər daxil olur və bu şeirlərin çapı istənilir. Portalımız məsələni yazarın özü ilə dəqiqləşdirmək üçün Şəbnəm Karslı ilə əlaqə saxlayıb. O, portla göndərilən şeirlərlə tanış olandan sonra həqiqətən bu yazıların müəllifi olduğunu deyib. Ş. Karslı eyni zamanda uzun illər əvvəl yazdığı bu şeirlərin kənar şəxslərin əlinə necə keçməsini və bunu yaymaqda hansı məqsədi güddüklərini anlamadığını deyib. Gənc yazar, eyni zamanda bu intim şeirləri çap etdirməkdə də qəbahət görmədiyini vurğulayıb. Ş. Karslı bu mövzuda yazdığı digər şeirləri də "Qafqazinfo"ya şəxsən göndərərək belə deyib: "Bu şeirləri də, mən göndərdiyimi də yayımlayın görək onlar romanımın çapı ərəfsində nə demək istəyirlər?"

"Qafqazinfo" həmi şeirləri oxuculara təqdim edir.

Qeyd edək ki, oxucular Ş. Karslının yeni çap olunan "2087-ci il" romanını bütün kitab mağazalarından 4 manata əldə edə bilərlər.

Mənbə: qafqazinfo.az

Əllərin...

Toxun mənə, nəfəsim kəsilsin,
səsim boğulsun,
titrəyim ürkək-ürkək,
amma sən yenə toxun.

Boynunun qoxusunu,
əllərinin istisini və
kişi odunu çəkim içimə
Əllərinə həsrət qaldım,
əllərini ver mənə,
gəzin bədənimdə nolar...

Qadınlar kişi əlləri üçün darıxanda
axmaqlaşırlar, inan mənə...

DÜŞDÜ...

Dedim susuzdur bədənim,
Istəyim dadlı öpüşdü,
Gəl məni başa düş dedim
Daş olub başıma düşdü

Beldən aşağı yox heyim,
Beldən yuxarı istəyim,
Bir azcıq sevgi istədim,
Yaş olub, gözümdən düşdü...

Dodaqların sevda gəmim,
Dəryaya döndü bədənim.
Dil dodağım yanır dedim,
Sürüşüb döşümə düşdü.

OLAYDIM

Gəzinəydi bədənimdə dodağın
Yumub gözlərimi bihuş olaydım,
Bircə dəfə toxunaydı əllərin
O şehli çiçəyə, meyxoş olaydım.

Məni səndən kim ayırar,
Dodaqdan aşağı yol var,
O yolda qan coşub daşar,
Atəşinə son qoyaydım.

Qıvrılardım yatağında ilantək
Canım istər canım çəkər səni tək
Gəl sevda toxumu bu tarlaya ək,
Sən bəxtiyar mən də sərxoş olaydım.

Günah kəpənəyi

Bu gecə ayın bir teli axacaq pəncərədən üstünə,
tumar çəkəcək saçlarına,
boynuna, qulaqlarına...

Bu gecə ay teli olub qonaq olacam sənə...
Bu gecə bir gün ömrü olan kəpənək olacam,
günah kəpənəyi,
bütün qadağaları yaşayacam xəyalımda,
bütün günahları əllərimlə yaşadacam bədənimdə,
baş rolda sən...

Bu gecə əzab verəcəm özümə,
etiraflar edəcəm,
sevdiyimi,
darıxdığımı,
çarəsizliyimi,
qoynumun boş, ağlımın bihüş,
əllərimin köksümdə olduğunu,
bu gecə yastığı daha möhkəm qucaqlayacam,
bu gecə olmayacaq mənim ömrümdə,
bu gecəm sənin...

bu gecəni yaşanmamış sayacam,
bir gün daha yaşlanmamış olacam...

SƏNİ YEMƏYİ SEVİRƏM

Yalandır gözlə sevmək,
yetmir insana,
yetməz də!

Sevgi dediyin o hissin arxasında
bir də toxunmaq feli var,
bir də istəmək feli var,
bir də alışmaq...

Yalandır platonik sevgilər,
təsəllidir, özünütəlqindir...
şəhvət adlı gerçək də var...
Bir də...
bir də...
qadınlar üçün qadağa olunmuş hisslər,
danışılmayacaq duyğular var,
ehtiras kimi...

Mən səni qadağalarla birlikdə,
ehtirasla, şəhvətlə sevmənin
gözəlliyini yaşayıram.
Necə ki dadlı yeməklərin yanında
ən acı bibər dad verər yeməyə,
iki dəqiqəlik ağrının ləzzətini qatıram
Sən adlı yeməyə
və sevirəm səni,
səni yeməyi,
bir də səni istəməyi sevirəm,
istəyərək yeməyi...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 23084   Tarix: 06 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Afaq Gəncəlinin qara tərzi - Fotolar

Aparıcı Afaq Gəncəli yeni fotolarını izləyiciləri ilə bölüşüb. Axşam.az xəbər verir ki, aparıcı bu dəfə qara geyimdə kamera qarşısına keçib. Afaq "nisaz" atelyesinin geyimindən istifadə edib

17.12.2025 301
.

Meyiti tapılan Müşfiq vaxtsız ölən əmisinin adını daşıyırmış - Fotolar

Xəbər verdiyimiz kimi, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi, 18 yaşlı Müşfiq Fəttayev ürək tutmasından vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Müşfiq Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi idi. Qeyd edək ki, 18 yaşlı Müşfi

00:17 484
.

Avropa İttifaqı Şurası: Gürcüstanın üzvlük prosesi dalana dirənib

Avropa İttifaqı Şurası bəyan edib ki, Gürcüstanın Aİ-yə inteqrasiya prosesi ölkə hakimiyyətinin avrointeqrasiyaya sarsılmaz sadiqliyini nümayiş etdirənədək dayandırılıb. Bizim.Media xəbər verir ki, bəyanatda demokratiya, insan hüquqları və hüququn aliliyi sahələrində ciddi geriləmənin müşahidə edildiy

17.12.2025 224
.

Aytən Səfərova və qızı Ayza - FOTO

Aytən Səfərova qızı Ayza ilə birgə çəkilmiş fotosunu sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. "Yeni Sabah" xəbər verir ki, aparıcı sözügedən görüntünü şəxsi instaqram hesabında yayımlayıb. Ayza hazırda Türkiyədə təhsil alır. Aparıcının ondan başqa 2 oğlu var

17.12.2025 507
.

Bakıdakı şadlıq sarayı istehlakçıları aldadırmış - Nöqsanlar aşkarlandı+Fotolar

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda fəaliyyət göstərən şadlıq sarayında istehlakçı hüquqlarının kobud şəkildə pozulduğunu və sanitariya normalarına əməl edilmədiyini aşkar edib. BİG.AZ xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, agentlik əməkdaşları Xətai rayonu, R.Bağırov küçəsi

17.12.2025 391
.

Bu Mərkəzin operatoru dələduzluğa görə həbs edildi

Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kompüter operatoru Z.Sevdimalıyeva dələduzluq cinayətinə görə həbs edilib. Qaynarinfo-nun məlumatına görə, Hacıqabul Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.3-cü (Dələduzluq - şəxs tərəfindən ö

17.12.2025 204
.

Müəllimin sinif otağında ölməsinin təfərrüatı... (VİDEO)

Xəbər verdiyimiz kimi, Qaradağ rayon, Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəllimi işləyən Sevda Həsənova dünən elə dərs dediyi sinif otağında vəfat edib. Sevda müəllimi illərdir dərsə qayınatası aparıb gətirib, elə hadisə baş verən gün də səhər məktəbə sağ-salamat apardığı gəlininin ölüm xəbərin

10:11 138
.

Dünya liderlərindən aldığı hədiyyələri satır

İtaliyanın Baş naziri Corciya Meloni dünya liderlərindən aldığı hədiyyələri xeyriyyə məqsədilə satışa çıxarır. "Qafqazinfo" xəbər verir ki, ABŞ-nin keçmiş Prezidenti Co Baydenin ona verdiyi keramika qabdan tutmuş Albaniya Baş naziri Edi Ramanın ona hədiyyə etdiyi ad günü şərfinə qədər təxminə

17.12.2025 288
.

"Həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır..." - Video

Kürdəmirdə cərrahi əməliyyatdan beş gün sonra vəfat edən 22 yaşlı Məleykə Nurməmmədovanın yaxınları həkimi ittiham edirlər. "Qafqazinfo" xəbər verir ki, onlar bununla bağlı "Baku TV"yə danışıblar. Mərhumun atası Müsəllim Məmmədov hadisənin qan köçürüldükdən sonra baş verdiyini iddi

17.12.2025 298
.

TOP MP3