Müəllim, kəndinə qayıt!

Müəllim, kəndinə qayıt!Kənd məktəblərində müəllim çatışmazlığı problemi araşdırıldıÖtən ilin sonlarından 2011-2012-ci tədris ilində həvəsləndirmə tədbirləri tətbiqi olunmaqla 800 nəfər pedaqoji kadrın ucqar kənd məktəblərinə göndərilməsi nəzərdə tutulmuşdu. Təhsil Nazirliyi həmin kadrların 100-nün Naxçıvan Muxtar Respublikası üçün ayrıldığını, qalan vakant yerlərin 309-unun rayon mərkəzindən 20 km-dək, 391-nin isə rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən məktəblərə yerləşdiriləcəyi bildirilirdi.

Elə həmin il ölkənin ümumtəhsil məktəblərindəki 2177 vakant yerə işə qəbul üçün 9342 nəfər elektron ərizə vermişdi. Namizədlərin 8658-i iyul-avqust aylarında keçirilən imtahanlarda iştirak etmişdi. Müsabiqə komissiyası müsabiqənin III mərhələsinə buraxılmış 1216 nəfərdən 1038-nin işə qəbul edilməsi barədə qərar qəbul etmişdi.

Artıq 2011-2012-ci tədris ili yekunlaşıb. Təhsil Nazirliyindən ANS PRESS-ə bildirdilər ki, həmin 800 nəfər pedaqoji kadrın ucqar kənd məktəblərinə getməsi məsələsi hələlik icra edilməyib. Bir sözlə, bu tədbir hələlik kağız üzərində öz icra vaxtını gözləyir.

Əslində Azərbaycanın bu təhsil layihəsinin icra olunmasına çox böyük ehtiyac var. Təhsil sistemimizdə narahatlıq doğuran əsas məqam kənd məktəblərində təhsilin qeyri-bərabər paylanmasıdır. Ölkəmizin bəzi ucqar kəndlərində ixtisas müəllimləri çatışmır. Bu zaman coğrafiyya fənnini ədəbiyyat, riyaziyyatı isə fizika-kimya müəllimləri tədris edir. Bu zaman bu cür kənd məktəblərində təhsilin səviyyəsinin hansı səviyyədə olmasını təsəvvür etmək çətin deyil.

Kənd məktəbləri kadr böhranı yaşayır

Təhsil eksperti Əjdər Ağayev kənd məktəblərində kadr çatışmazlığının o həddə çatdığını bildirir ki, artıq məktəblərdə dərslərin bir çoxunu qeyri-ixtisas müəllimləri tədris edir. Elə kənd məktəbləri var ki, orada dil fənnini tədris olunması üçün müəllim tapılmadığından o fənn keçilmir.

Ən nüfuzlu peşə sahibləri: həkimlər və müəllimlər

Sovet dövründə ən samballı və nüfuzlu peşə sahibləri müəllimlər və həkimlər idi. Bu zaman cəmiyyətdə onlara münasibət də fərqli idi. Həkimə getməyə pulu olmayan kəndli həyətindən yumurta, süd və ya başqa məhsulları onlara göndərirdilər. Həm də müəllimlər və həkimlər təyinat ilə rayon yerlərinə gedirdilər. Müəllimlərin rayon və ucqar kənd yerlərinə təyinat alması prosesi bu gün də gündəmdədir. Kənd yerlərinə göndərilən müəllimlərin təminatı 3 il müddətinə həyata keçirilir, yəni şəhərdən 30 km uzağa gedən şəxsə sosial təminatı ilə birlikdə maaşından əlavə 30% vəsait verilir. Təbii ki, bu 3 il ibtidai təhsil pilləsinin ancaq 3 ilini təşkil edir, daha sonra həmin müəllim oranı tərk edir.

Ötən il 1100 rayon məktəblərindən bir nəfər də olsun abituriyent məktəbə daxil olmayıb

"XI Əsr Təhsil Mərkəzi"nin sədri, təhsil eksperti Etibar Əliyev isə hesab edir ki, kənd yerlərinə göndərilən müəllimlərə güzəştlər axıra qədər tətbiq edilməlidir. Ekspert təkcə ötən il 1100 rayon məktəbindən bir nəfər də olsun abituriyentin məktəbə daxil olmadığını bildirərək bunun çox təhlükəli tendensiya olduğunu bildirir.

Azərbaycanda müəllimlərin 85% qadın, 15% kişilərdir

Burada yaranan problemli məqamlardan biri də sosiallaşmanın pozulmasıdır. SSRİ dövründə kəndə təyinat alan qız və oğlanlar orada yerləşib evlənirdilər. Ancaq indi azad təyinat məsələsi ortaya çıxdıqdan sonra artıq heç kim rayona getmək istəmir. Bu gün artıq vəziyyət o həddə çatıb ki, abituriyentlər hətta axırıncı seçimi belə müəllimlik ixtisası üzərində etmək istəmirlər. Müəllimlik sənəti artıq qadın sənətinə çevrilməyə başlayıb. Ancaq bir çox ölkələrdə bu tendensiya bir qədər fərqlidir. Məsələn, Yaponiyada bağçalarda kişilər tərbiyəçi işləyirlər. Təhsil eksperti Etibar Əliyev Azərbaycanda müəllimlərin 85%-nin qadın 15%-nin kişilər təşkil etdiyinə diqqət çəkir.

"Problemi aradan qaldırmaq üçün dövlət çox ciddi stimullaşdırıcı tədbirlər həyata keçirməlidir. Indi qızların rayon yerlərinə göndərilməsi də problem kimi qalır. Nazirlər Kabinetinin kənd yerlərində məlum pedaqoji təminatı proqramı müsbət nəticə vermədi. İmtahanlarda şagirdlərin nəticələri dəyişmir. Ötən il 1100 rayon məktəblərindən bir nəfər də olsun abituriyent məktəbə daxil olmadı. Bu çox pis göstəricidir, hətta TQDK-nın builik keçirdiyi imtahanlarda rayon yerlərində 60-70% 3-2 qiymətləri göstərdilər. Bu pis tədrisdən irəli gəlir, xarici dil deyən müəllim yoxdur, hər müəllim nə istənilən fənni tədris edir. Bu, Azəraycan üçün çox təhlükəli bir tendensiyadır, funksional savadsızlaşmanı artırır", - deyə Etibar Əliyev bildirib.

Təhsil eksperti problemin həll edilməsi üçün kəndə göndəriləcək müəllimin əmək haqqının 800-1000 AZN-ə çatdırılması, onlara torpaq sahələri verilməli olduğunu bildirir. Etibar Əliyev rayon yerlərindən uşaqları seçib şəhərə oxumağa göndərək sonradan bu uşaqların həmin rayonlarda işlə təmin olunmalarını təklif edir.

Sonda onu bildirək ki, kənd məktəblərində kadr problemini həll emək üçün müəllimlərə tətbiq ediləcək güzəştlərin müddəti artırılmalıdır. Kadr problemini həll edəcək proqram təhsilin, bazar iqtisadiyyatının tələblərinə cavab verməli, həmin proqram müəllimi kənd məktəbindən qaçırmamalı, onları oraya bağlamalıdır.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5901   Tarix: 04 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788