Ağdam şəhərinin gerbi hazırlanacaq

Ağdam şəhərinin gerbi hazırlanacaqAğdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi Ağdam şəhərinin gerbinin hazırlanması ilə bağlı elan yayıb.

"Report" xəbər verir ki, elanda deyilir:

"Əziz vətəndaşlar və dünya azərbaycanlıları!

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 il düşmən tapdağı altında olmuş əzəli torpaqlarımızı işğaldan azad edib və xalqımız öz doğma diyarına qovuşub. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti, müdrikliyi, Müzəffər Azərbaycan Ordusunun qorxmaz igidlərinin misligörünməyən şücaəti sayəsində işğalından 28 il sonra 2020-c il noyabrın 20-də 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Ermənistan Ağdamdan işğalçı qoşunlarını çıxarmağa vadar edildi.

Mənfur düşmən işğal dövründə torpaqlarımızı talan edib, xarabalığa çevirib, daşı-daş üstündə qoymayıb. Qarabağımızın qədim və zəngin mədəni-tarixi irsinə, bio-ekoloji müxtəlifliyinə, iqtisadiyyatına külli miqdarda zərər vurulub, keçmiş təmas xətti boyunca, xüsusilə də Ağdam rayonlarının işğaldan azad edilmiş hissəsi on minlərlə piyada və tank əleyhinə minalarla, partlamamış hərbi sursatlarla çirkləndirilib.

Ağdam rayonunun işğaldan azad edilmiş hissəsinində bərpa və yenidənqurma işlərinin müəyyən edilmiş hədəflərə uyğun olaraq həyata keçirilməsini təmin etmək məqsədilə görülən tədbirlər çərçivəsində Ağdam şəhərinin gerbinin hazırlanmasının olduqca mühüm əhəmiyyəti var. Bunu nəzərə alaraq Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi olaraq, əziz vətəndaşlarımızı və dünya azərbaycanlılarını bu işdə bizə dəstək olmağa çağırırıq.

Azərbaycan Respublikasının bütün vətəndaşları və dünya azərbaycanlıları Ağdam şəhərinin gerbinin təklif etdikləri layihələrini 2021-ci il sentyabrın 15-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Gerbin hazırlanması ilə əlaqədar tələblər:

1. Gerb hazırlanarkən Ağdamın Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağa aid olması, şəhər və rayonun uzaq keçmişi, yaxın (müasir) tarixi hadisələri, mədəni xüsusiyyətləri göstərilməli və heraldikanın tələblərinə uyğun tərtib edilməlidir.

2. Layihə təklifləri 2021-ci il 15 sentyabr tarixindən gec olmayaraq [email protected] e-mail ünvanına göndərilməlidir.

3. Eskiz aşağıdakı tələblərə uyğun olaraq göndərilməlidir:

a. Eskiz Microsoft Word (.docx və ya .doc) faylına daxil edilməlidir;

b. Gerbin bütün elementləri – ümumi forma, rəmzi işarə və simvollar, rənglər həmin Microsoft Word (.docx və ya .doc) faylında yazılı şəkildə təsvir və izah edilməlidir;

c. Eskiz müəllifinin adı, soyadı və əlaqə nömrəsi həmin Microsoft Word (.docx və ya .doc) faylında göstərilməlidir.

4. Elektron məktub göndərilərkən mövzu bölməsinə "Ağdam gerb eskizi" yazılmalıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 551   Tarix: 14 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Buna görə verilişlərə getmir

Müğənni Gülay Zeynallı verilişlərə getməməsinin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İzzət şou"da danışıb. O bildirib ki, yeni işi olmadan efirdə görünmək istəmir:. "Televiziya işçilərinin arasında dəyərli dostlarım, yaxşı aparıcılar, insanın sənətinə, şəxsiyyətin

10.02.2025 479
.

Santorinidə baş verə biləcək güclü zəlzələnin Türkiyəyə təsiri məlum olub

Yunanıstanın Santorini adası yaxınlığında baş verə biləcək 7,5 maqnitudada zəlzələ Türkiyədə 5 bal gücündə hiss olunacaq. "Report" "Habertürk" telekanalına istinadən xəbər verir ki, belə qənaətə İstanbuldakı 9 Sentyabr Universiteti və digər universitetlərin türk alimləri gəliblər

09.02.2025 475
.

ABŞ-də yarış zamanı qəza keçirən 7 yaşlı uşaq vəfat edib

ABŞ-də draq-reysinq yarışları zamanı qəza keçirən 7 yaşlı Elienis-Zoi Diaz-Rodriqes aldığı xəsarətlər nəticəsində vəfat edib. "Report"un "Fox 35" telekanalına istinadən məlumatına görə, hadisə Orlando şəhərində təşkil olunan "Speed World" turnirində baş verib. Floridanı

09.02.2025 385
.

Bekhemlər Kral ailəsi ilə... - FOTO

İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhem və xanımı Viktoriya Bekhem Kral II Çarlz və kraliça Kamilla ilə bir araya gəlib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar Kral ailəsi tərəfindən Britaniya-İtaliya münasibətləri şərəfinə təşkil olunan şam yeməyində görüşüblər. Bekhemlə

10.02.2025 94
.

Məşhur müğənninin oğlu münsifləri heyran etdi - Video

Müğənni İlqar Xəyalın oğlu Teymur Hənifəyev "Səs Azərbaycan" yarışmasına qatılıb. xəbər verir ki, "La la la" mahnısını pianoda ifa edən Teymur dörd münsifi də döndürməyi bacarıb. Hətta o, Xalq artisti Zülfiyyə Xanbabayevanın və tamaşaçıların xahişi ilə mahnını ikinci dəfə səsləndirib

10.02.2025 816
.

Sinem Kobal və Kənan İmirzalıoğlunun qızları ilə tətili gündəm oldu

Analıq məzuniyyətindən sonra film çəkilişlərinə başlayan Sinem Kobal, həyat yoldaşı Kənan İmirzalıoğlu və qızları ilə birlikdə tətilə çıxıb. türk mediasına istinadən xəbər verir ki, cütlük tətillərini Maldiv adalarına keçirib. Aktrisanın tətildə paylaşdığı fotolarda qızları da yer alıb. Sinem Kobalı

10.02.2025 581
.

"Like" və "comment"lərlə böyüyən uşaqlar: azadlıq, nəzarət, yoxsa qadağa?

Azyaşlıların sosial şəbəkələrdən istifadəsi. Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrildikcə azyaşlıların bu platformalarda iştirakı məsələsi cəmiyyətin istər-istəməz diqqət mərkəzinə düşür. Uşaqların internetdə sərbəst fəaliyyəti onların inkişafına müəyyən hallarda müsbət təsir etdiyi kimi

10.02.2025 138
.

Namibiyanın ilk prezidenti vəfat etdi

Müstəqil Namibiya Respublikasının banisi olan 95 yaşlı Sem Nuyoma Vindhukdakı xəstəxanalardan birində vəfat edib. xəbər verir ki, hazırkı dövlət başçısı Nanqolo Mbumba bunu Namibiya Prezidenti Administrasiyasının "Facebook" səhifəsində açıqlayıb. "Dərin kədər və məyusluqla bu səhər,

09.02.2025 323
.

Bu əlamət vahimə yaratdı: Azərbaycanda güclü zəlzələ gözlənir?

Sosial şəbəkələrdə çoxlu sayda balığın sahilə çıxması ilə bağlı görüntülər yayılıb. Görüntülərə yazılan şərhlər diqqət çəkib. Belə ki, izləyicilər adətən balıqların çoxlu sayda sahilə çıxmasını zəlzələ əlaməti kimi qeyd ediblər. Deyiblər ki, balıqların quruya çıxması güclü və dağıdıcı zəlzələnin xəbərçisidir

09.02.2025 1116
.

TOP MP3