Sərhədsiz sənət: Azərbaycan xalça dünyası İqor Burqanovun yaradıcılığında (Foto)

Rusiya Federasiyasının əməkdar rəssamı, sənətşünaslıq namizədi, Rusiya İncəsənət Akademiyasının müxbir üzvü İqor Burqanovun eskizləri əsasında toxunmuş xalçalardan ibarət "İqor Burqanovun Müasir xalça sərgisi"nə həsr olunmuş elmi məqalələr yazılması üçün müsabiqə elan edilir. ANS PRESS-in məlumatına görə, sərgi L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində keçiriləcək. Sərgi 12.05-20.07 2012-ci il tarixində nümayiş olunacaq.

L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və "Burqanov Evi" Moskva Dövlət Muzeyi tərəfindən təqdim olunan müsabiqənin əsas şərtləri:

Müsabiqənin nəticələrinə əsasən ən yaxşı məqalə müəllifləri mükafatlandırılacaq:

1-ci mükafat – 300 manat
2-ci mükafat – 200 manat
3-cü mükafat – 100 manat
Həvəsləndirici mükafatlar – 50 manat.

Nəticələrə əsasən L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində konfrans keçiriləcək və seçilmiş məqalələrin toplusu çap ediləcək.
Dil: Azərbaycan / Rus
Materialların son təqdim edilmə müddəti: 15 oktyabr 2012-ci il
Məqalələr aşağıdakı şəkildə elektron formada (CD) təqdim olunmalıdır:
-Microsoft Office Word redaktorunda (formatlar - *.doc, *.docx, *.rtf);
-şrift «Times New Roman»;
-əsas mətn – keql/ölçü 14 (ədəbiyyat və qeydlərdən başqa), 1,5 intervalla çap edilir;
-ədəbiyyat (14 keql/ölçü);
-haşiyə (səhifənin sonunda xətt altında yazılan qeyd-izah) 12 keql/ölçü; - məqalənin adının İngilis dilinə tərcüməsi;
-Rus və İngilis dillərində annotasiyalar;
-Azərbaycan, Rus və İngilis dillərində açar sözlər;
-məsafələr: aşağı və yuxarı - 2sm, sağ və sol - 3 sm;
-abzas - 1 sm;
-keçidlərin düzülüşü: avtomatik;
-məsləhət görülən simvollar: dırnaqlar «......» (sitatların içərisində ayrılma olanda digər dırnaq növündən istifadə etmək lazımdır, məsələn, - «..."..."....»);
Hər material aşağıdakılarla təmin olunmalıdır:
-müəllif barədə məlumat;
-məqalənin əsas məzmununu açıqlayan Rus və İngilis dillərində annotasiya (8-10 sətir);
-müəllifin soyadı və məqalənin adının İngilis dilinə tərcüməsi;
-Rus və İngilis dillərində açar sözlər (hər dildə 10 sözdən çox olmamaq şərtilə);
-ədəbiyyat siyahısı (mənbələr);
-qaydalara uyğun tərtib edilmiş qeydlər.
Müsabiqənin münsiflər heyəti:
Tağıyeva R. – sənətşünaslıq doktoru, professor, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru.
Qasımov.Q - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri.
Salahov T.T. - Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ Xalq rəssamı, Azərbaycan SSR-in və Rusiya Federasiyasının Xalq rəssamı, Azərbaycanın və SSRİ-nin Dövlət mükafatları laureatı.
Vanslov V.V. - Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü və Rəyasət heyətinin üzvü, sənətşünaslıq doktoru, professor, RF-ın əməkdar incəsənət xadimi, Beynəlxalq Mədəniyyət və İncəsənət Akademiyasının həqiqi üzvü, Müstəqil estetika və sərbəst sənətlər akademiyasının akademiki, Rusiya Bəstəkarlar ittifaqının, Rəssamlar ittifaqnın və Rusiya Federasiyası Teatr xadimləri ittifaqının üzvü.
Burqanov İ.A. Rusiya Rəssamlıq Akademiyasının müxbir-üzvü, RF-ın əməkdar rəssamı, sənətşünaslıq namizədi, professor
Tolstikov A.Q. – REA-nın müxbir-üzvü, REA Rəyasət heyətinin baş elmi katibinin müavini, professor.

mənbə: anspress.com

Sərhədsiz sənət: Azərbaycan xalça dünyası İqor Burqanovun yaradıcılığında (Foto)Sərhədsiz sənət: Azərbaycan xalça dünyası İqor Burqanovun yaradıcılığında (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3755   Tarix: 06 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568