DİM avqustun 11-də keçirilən imtahanların nəticələrini açıqlayıb

DİM avqustun 11-də keçirilən imtahanların nəticələrini açıqlayıbDövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 11 avqust 2021-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən aşağıdakı imtahanların nəticələri elan edilib.

İmtahan nəticələri Mərkəzin saytına yerləşdirilib.

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən linkdən (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=58 ) öyrənə bilərlər.

4. İyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə nəticələrini bu linkdən (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) öyrənə bilərlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 11553 nəfərdən 2769 nəfər imtahana gəlməyib. 3 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 16 avqust 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 13-15 avqust tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin (şagirdin) iştirakı vacibdir. Bir iştirakçının ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 721   Tarix: 12 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrael Katz: İsrail İrana qarşı hərəkət azadlığını qorumalıdır

İsrail gələcəkdə İrana qarşı müstəqil hərəkət etmək qabiliyyətini saxlamaq niyyətindədir. "Report"un məlumatına görə, İsrailin müdafiə naziri İsrael Katz bunu "X" sosial media platformasında yazıb. "İsrail gələcəkdə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün müstəqi

14.06.2026 155
.

Çimərliklərdə tullantı problemi: Sahillərdəki antisanitariya sağlamlığa necə təsir edir? - VİDEO

Paytaxt sakinlərinin və turistlərin yay mövsümündə ən çox üz tutduğu məkanlardan biri çimərliklərdir. Baku TV-nin məlumatına görə, bəzi sahillərdə müxtəlif məişət tullantılarına rast gəlinir ki, bu da xoşagəlməz mənzərə yaradır. Vətəndaşların sözlərinə görə, bəzi insanlar istirahətdən sonra tullantıların

14.06.2026 154
.

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olundu

Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə Azərbaycan Hava Yollarının (AZAL) 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri ləğv olunub. BİG.AZ xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, hava şəraiti sabitləşdikdə

14.06.2026 191
.

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 iyun - Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. BİG.AZ həmin paylaşımı təqdim edir:

14.06.2026 119
.

ABŞ Avropada hərbi qüvvələrini azaldır: Siyahıda nə var?

ABŞ Avropadakı NATO əməliyyatları üçün əlçatan olan "F-15E" və "F-16" qırıcılarının sayını təqribən 150-dən 100-ə qədər azaltmağı planlaşdırır. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Məlumatda bildirilib ki, Ağ Ev NATO əməliyyatları üçün ayırdığı hərb

14.06.2026 125
.

Trampdan İran rəsmiləri ilə bağlı sərt ittiham: "Çox qeyri-dürüst insanlardır"

ABŞ Prezidenti Donald Tramp İran KİV-ində dərc olunan ABŞ-İran sazişi layihəsinin həqiqətə uyğun olmadığını iddia edib. xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "İranın media vasitəsilə sızdırdığı şərtlərin yazılı şəkildə razılaşdırılmış şərtlərlə he

14.06.2026 168
.

İyunun 15-i ilə bağlı bu şəxslərə ŞAD XƏBƏR

Tibbi-meteoroloji hava proqnozu açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

14.06.2026 229
.

ABŞ Ədliyyə Nazirliyi "Paramount"un "Warner Bros"u satın almasına qarşı çıxmayıb

ABŞ-nin Ədliyyə Nazirliyi "Paramount Skydance" şirkətinin media konqlomeratı "Warner Bros. Discovery" şirkətini potensial satın alınması ilə bağlı antiinhisar araşdırmasını başa çatdırıb və sövdələşmənin qarşısını almaq üçün heç bir əsas tapmayıb. "Report"un məlumatına görə

14.06.2026 166
.

"Son zəng" günü VƏFAT ETDİ - FOTO

Azərbaycanda orta məktəb şagirdi "Son zəng" günü vəfat edib. Hadisə Biləsuvar rayonunda baş verib. Rayonun Nemət Sultanov adına Dərvişli kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Həsənli Səkinə Əlizadə qızı dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, ötən gün - iyunu

14.06.2026 405
.

TOP MP3