Sabah beş idmançımız Olimpiadada mübarizə aparacaq
Sabah Tokio Olimpiadasında beş idmançımız mübarizəyə qoşulacaq.
Oxu.Az-ın xəbərinə görə, bu, sərbəst güləş, karate və bədii gimnastikada olacaq.
İlk olaraq bədii gimnastımız Zöhrə Ağamirova təsnifat yarışına qatılacaq. O, Bakı vaxtı ilə saat 05:20-dən etibarən məharətini göstərməyə çalışacaq. 19 yaşlı Zöhrənin finala vəsiqə qazanması artıq böyük uğur kimi qiymətləndiriləcək.
Daha sonra qızıl medal ümidimiz olan güləşçilərimiz mübarizəyə qoşulacaq. Son iki sərbəst güləşçimiz – Hacı Əliyev (65 kq) və Şərif Şərifov (97 kq) müvafiq olaraq Adama Diatta (Seneqal) və Abdulrəşid Sadullayevlə (Rusiya) mübarizə aparacaq.
Hacının püşkə əsasən finala çıxacağı gözlənilsə də, Olimpiya çempionumuz Şərifin bürünc medal qazanacağını proqnozlaşdırmaq olar. Çünki onun ilk qarşılaşdığı rəqib bu çəkidə ən güclü idmançı – son Olimpiya, dördqat dünya, ikiqat Avropa çempionu və iki dəfə Avropa Oyunlarının qalibidir. Dağıstanlı Sadullayevin də finaladək irəliləyəcəyi şübhə doğurmur. Bu səbəbdən də Şərifin bürünc medal üçün təsəlliverici yarışa qatılması mümkündür.
Sonuncu qadın güləşçimiz Mariya Stadnik də nəhayət Olimpiya çempionu olmaq üçün mübarizəyə qoşulacaq. Onu da ilk görüşdə asan rəqib gözləmir. Rəqibi üçqat Avropa çempionu Stalvira Orşuşdur (Rusiya). Üstəlik, onu yarımfinalda meydan sahibi, hər zaman finallarda sindrom yaşadığı Yaponiyadan olan rəqib, ikiqat dünya çempionu Yui Susaki gözləyir. Stadnik bu rəqiblərini keçəcəyi halda, onun Azərbaycana qızıl medal qazandıracağını proqnozlaşdırmaq olar. Bütün güləşçilərimiz mübarizəyə Bakı vaxtı ilə saat 11:00-dan etibarən güləş döşəyinə çıxacaq.
Azərbaycana növbəti medalı qazandırmağa əsas namizədlərdən biri də dünya karatesinin "Brilyant"ı sayılan Rafael Ağayevdir. O, Bakı vaxtı ilə saat 12:00-dan etibarən B qrupunda Luici Buza (İtaliya), Noa Biç (Almaniya), Suneari Yahiro (Avstraliya) və Nurqanad Ajikanovla (Qazaxıstan) mübarizə aparacaq. Onun qrupda əsas çətinliyi ikiqat dünya və beşqat Avropa çempionu Buza ilə görüşdə olacaq. Lakin qrup ikinciliyi belə azı bürünc medalı ona təmin edəcək. Yarımfinala vəsiqə qazansa, digər qrupdan onun əsas rəqibləri son vaxtlar uduzduğu Ken Nişimura (Yaponiya) və Stanislav Qoruna (Ukrayna) olacaq.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 812 Tarix: 05 avqust 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Karvan-Yevlax" "Qarabağ"a qarşı oyuna baş məşqçisiz çıxacaq
Bu gün Misli Premyer Liqasının XVII turunda "Qarabağ"la qarşılaşacaq "Karvan-Yevlax" klubu meydana baş məşqçisiz çıxacaq. Bu barədə -a klubun Mətbuat Xidmətindən açıqlama verilib. Bildirilib ki, klubu meydana baş məşqçini əvəz edən Füzuli Məmmədov çıxaracaq. Klubun rəsmi baş məşqçis
29.11.2025 426 Yuri Vernidub: "Yaxın vaxtlarda hər hansı transferin həyata keçirilməsi gündəmdə deyil"
"İndi turnir cədvəlində yerimiz yaxşı deyil, amma mövsümün sonunda mütləq ön pillələrdə olmalıyıq". xəbər verir ki, "Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub bu barədə paytaxt təmsilçisinin rəsmi saytına müsahibəsində qeyd edib. O bildirib ki, heyət çox keyfiyyətli futbolçularda
13.12.2025 428 Qurban Qurbanov Nəriman haqqında: "Özüm də nə deyəcəyimi bilmirəm"
"İlk qollarda bir az diqqətsiz olduq. Sonra rəqibin ustalığı ön plana çıxdı. Buraxdığımız sonuncu qolda Elvin Cəfərquliyev daha diqqətli olmalı idi. Qarşılaşmanın sonlarında bəlkə də yorğunluq da var idi və sürətdə məğlub olduq". "Report"un məlumatına görə, bu sözləri "Qarabağ"ı
11.12.2025 687 Lyuis Hemilton "Ferrari" komandasından və azarkeşlərindən üzr istədi
Yeddiqat dünya çempionu və "Ferrari" pilotu Lyuis Hemilton Əbu-Dabi Qran-prisinin təsnifat mərhələsindən sonra 16-cı yeri tutduğu, ümumiyyətlə bu mövsüm yaxşı çıxışı ilə yadda qalmadığı üçün komandadan və azarkeşlərdən üzr istəyib. xəbər verir ki, bu barədə "Sportskeeda" məlumat yayıb
07.12.2025 546 "Hamı elə bilir ki, idmançı pulu dağıdır" - Elmar Qasımov
Rio Olimpiadasının finalçısı, dünya və Avropa mükafatçısı Elmar Qasımov 35 yaşında ardıcıl 2-ci dəfə 100 kq çəki dərəcəsində cüdo üzrə ölkə çempionu olub. "Qafqazinfo" xəbər verir ki, o, yarışdan sonra saytına danışıb. E.Qasımov ölkə çempionu olmağı barədə fikirlərini bildirib: "Finald
09.12.2025 910 "Mənə heç yerdə heykəl qoyulmasın" - Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ona heykəl qoyulmasını istəmir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Sportinfo"ya müsahibəsində məşqçi özü bildirib. "Məncə, heç yerdə mənə heykəl qoyulmasın. Belə şeyin olmasını ümumiyyətlə istəmirəm. Mən bu xalqın övladıyam
26.11.2025 535 Messi karyerasında 47-ci titulunu qazandı - SİYAHI
Lionel Messi "İnter Mayami"nin heyətində MLS müntəzəm çempionatının Şərq Konfransının qalibi olaraq, karyerasında 47-ci trofeyi qazanıb. -ya istinadən xəbər verir ki, bu uğur onun bütün zamanların ən çox titul qazanan futbolçusu kimi mövqeyini möhkəmləndirib. Messinin klublarda və milli komandad
30.11.2025 545 "Qarabağ" dünya reytinqində gerilədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, "Qarabağ" hazırda 68-ci pillədədir. Buna səbəb isə onun 3 sıra geriləməsidir. Ölkə çempionunun aktivində 187.5 xal var. "Sabah" 276-c
11.12.2025 559 "Fənərbağça" və "Qalatasaray" Superliqada 137-ci dəfə üz-üzə gələcəklər
Futbol üzrə Türkiyə Superliqasında bu gün İstanbul derbisi keçiriləcək. "Report"un məlumatına görə, "Fənərbağça" doğma azarkeşləri önündə "Qalatasaray"ı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Tərəflər Superliqa tarixində 137-ci dəfə qarşılaşacaqlar
01.12.2025 476