Azərbaycanlı güləşçi Olimpiadada gümüş medal qazandı

Azərbaycanlı güləşçi Olimpiadada gümüş medal qazandıAzərbaycanlı güləşçi Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

BiG.AZ xəbər verir ki, Olimpiadada Ukrayna yığmasını təmsil edən 23 yaşlı yunan-Roma güləşçisinin 67 kq çəki dərəcəsində həlledici rəqibi iranlı Gərai Məhəmmədreza olub.

Bir gün əvvəl 1/8 finaldan mübarizəyə qoşulan və 3 rəqibini məğlub edərək finala adlayan Nəsibov uğurlu çıxışını burada davam etdirə bilməyib. İranlı güləşçiyə 1:9 hesabı ilə məğlub olan həmyerlimiz gümüş mükafatla kifayətlənib və Olimpiya ikincisi olub.

Bu çəkidə bürünc medallar almaniyalı Frank Ger Staebler və misirli Məhəmməd Əlsayedə nəsib olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 763   Tarix: 04 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti