"Bu şəhərdə"nin konsertində yağış yağdı, tamaşaçılar qaçdı (Foto)

Qəbələ sakinləri "Bu şəhərdə"nin konsertini güclü leysan altında izləyiblər
Bu barədə məlumatı Lent.az-a komandanın aktyoru Rafael İsgəndərov verib.

Onun sözlərinə görə, iyunun 20-də Qəbələ şəhərindəki konsertləri zaman qəribə hadisə ilə üzləşiblər. Belə ki, konsertin başlayan kimi güclü yağış yağıb. Tamaşaçılar bir müddət yağışın altında dayanıb, proqramı izləsələr də, axıra yaxın məkanı yarımçıq tərk etməli olublar: "Çox güclü yağış idi. Tamaşaçılar dözdülər, dözdülər, axıra yaxın yağış da gücləndi. Əvvəl ayaq üstə izləyənlər qaçdılar. Qabaq sırada oturanlar bir müddət çətirlə izlədilər. Amma axırda güclü yağışa onlar da dayana bilməyib getdilər. Həmin gün səhərəcən yağış yağıdı".

Rafael İsgəndərov deyir ki, onlar Lənkəranda da çətinliklə qarşılaşıblar: "Lənkəranda çox dəhşətli isti idi. O qədər tərləmişdik ki, yapışqanla yapışdırdığımız bığ sürüşüb düşürdü, əlimizlə tuturduq".

Aktyor komandanın iyunun 15-dən 26-dək respublikanın 8 bölgəsində keçirdiyi konserti uğurlu hesab edib: "Şükürlər olsun ki, sağ-salamat başa vurub gəldik. Səfərlərimiz çox uğurlu alındı. Ən çox izləyicilərimiz Şəki idman kompleksində, Qəbələdə, Gəncədə oldu. Sonuncu konsertimizi Mingəçevirdə başa vurduq".

Qeyd edək ki, komanda iyunun 15-i Lənkəranda, 17-si Şirvanda, 19-u Şəkidə, 20-si Qəbələdə, 22-si Qubada, 24-ü Bərdədə, 25-i Gəncədə, 26-sı isə Mingəçevirdə olmaqla 2 saatlıq konsert proqramı ilə çıxış ediblər. 30 nəfər heyət və bütün texniki avadanlıqla bir yerdə ilə gedən "Bu şəhərdə" komandasının konsertinə giriş dəvətnamə ilə olub. Komandanın istəyi ilə konsertin dəvətnamələri rayonun ağsaqqallarına, milli qəhrəman və şəhid ailələrinə, idmanda fərqlənənlərə verilib.

mənbə: lent.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7939   Tarix: 30 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?

Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib. Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab mağazalarında, gözəllik salonlarında

28.04.2024 409
.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28.04.2024 443
.

Eynəyi cızıqlardan xilas edən təbii üsul

Eynək istifadə edən insanların ən böyük problemi şübhəsiz ki, şüşələrin cızılmasıdır. Bu səbəbdən sahibləri linzaları tez-tez dəyişdirmək məcburiyyətində qalırlar. Lakin türkiyəli mütəxəssislər bunun ev şəraitində təbii üsulla həllini göstəriblər. Onların sözlərinə görə, soda və duz eynəklərdəki cızıqlar

27.04.2024 589
.

Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda beş ulduzlu hotellərdə xidmət qiymətləri durmadan artır. -ın məlumatına görə, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı beş ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib. Bu da ötən ili

21.04.2024 267
.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28.04.2024 261
.

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Ukraynada 2,5 mindən çox qumar oyunları saytına giriş bloklanıb. -ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Aprel ayında qanunsuz qumar oyunlarının təşkilinə görə 450 cinayət işi açılıb, 21 nəfərə qarşı ittiham irəli sürülüb. Keçən il bununla əlaqədar 169 qanun pozuntusu aşkarlanıb

28.04.2024 269
.

İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO

İsmayıllı rayonunda müalicəvi əhəmiyyəti olan bir sıra bitkilər bitir. Onlardan biri də insan sağlamlığı üçün əhəmiyyətli olan pəl bitkisidir. Baharda bitən pəl insanlar arasında geniş istifadə olunmaqdadır. Həmçinin, onun qiymətinin də ucuz olduğu bildirilir. Daha ətraflı APA TV-nin materialında:

27.04.2024 310
.

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkənd

21.04.2024 510
.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21.04.2024 323