Dünyanın ən varlı qadınları – SİYAHI

Dünyanın ən varlı qadınları – SİYAHIDünyadakı varlılar siyahısına kişilərin hakim olduğu düşünülsə də, varlı qadınlar da azlıq təşkil etmir. Qadınların bəzilərinə bu var-dövlət miras olaraq qalıb. Ancaq öz səyləri ilə varlanan xanımlar da az deyil. Hər il olduğu kimi bu il də "Forbes" jurnalı dünyanın ən varlı qadınların siyahısını açıqlayıb.

Lent.az bu siyahını sizə təqdim edir.

"Forbes"in araşdırmalarına görə, dünyanın ən varlı qadını Fransanın "L’Oreal" ətriyyat və kosmetika şirkətinin sahibi Fransuaza Bettankur-Meyersdir. 67 yaşlı bu xanımın sərvəti 73,6 milyard dollardır.

Dünyanın ən varlı ikinci qadını olan Alisa Uoltonun sərvəti 61.8 milyard dollardır. O məşhur "Walmart" mağazalar şəbəkəsinin qurucusu Sem Uoltonun qızıdır.

Üçüncü yerdə ABŞ-ın "Amazon" şirkətinin başçısı Ceff Bezosun keçmiş həyat yoldaşı olan 50 yaşlı Makkenzi Skottdur. Onlar 2019-cü ildə boşansalar da "Amazon"un gəlirlərinin 25%-i Makkenziyə keçib. Hal-hazırda onun sərvəti 53 milyard dollardır.

ABŞ-ın "Koch İndustries" şirkətinin vəfat etmiş sahibi Devid Koçun dul arvadı, 58 yaşlı Yuliya Koç siyahıda 4-cü yerdədir. Onun varidatı təxminən 46.4 milyard dollardır.

Beşinci yer: 75 yaşlı Miriam Adelsondur. Onun sərvəti 38.2 milyard dollardır. O, ABŞ-ın "Las Vegas Sands" kazino operatorunun sahibi olan Şeldon Adilsonun dul arvadıdır. Yoldaşı vəfat edəndən sonra bütün sərvəti Miriam Adelsona qalıb.

Altıncı yerdə Jaklin Marsdır. Xanım ABŞ-ın konfet və qida məhsulları istehsal edən "Mars incorporated" şirkətinin varislərindən biridir. Sərvəti 31.3 milyard dollardır.

Çinin "Country Garden Holdings" şirkətinin varislərindən biri olan 39 yaşlı Yan Xueyn yeddinci yerdədir. Varidatı 29.6 milyard dollardır.

Səkkizinci yerdə Almaniyanın BMW avtomobil şirkətinin varislərindən, həmçinin "Altana AG" əczaçılıq şirkətinin səhmlərinin 50.1%-nin sahibi Suzanna Klattendir. 58 yaşlı qadının sərvəti 27.7 milyard dollardır.

67 yaşlı Qina Raynhart 23.5 milyard dollar sərvəti ilə 9-cu yerdədir. O, atasından qalma "Hancock Prospecting Group" şirkətinin rəhbəridir. Qeyd edək ki, Qina xanım Avstraliyanın ən varlı adamıdır.

Siyahımızda sonuncu yeri 23.3 milyard dollar sərvəti olan, 78 yaşlı İris Fonbona tutur. O, 2005-də vəfat etmiş Çili milyarderi Androniko Luksiçin yoldaşı olub.

"Forbes"un məlumatına görə, bu il milyarder qadınların sayı 36% artıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1236   Tarix: 30 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 378
.

"Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası olan Qırğızıstanla əlaqələr də müstəsna əhəmiyyətə malikdir"

"Bu il fevralın 14də baş tutmuş andiçmə mərasimində Prezident İlham Əliyevin Türk dünyasının Azərbaycan xarici siyasətində prioritet olduğunu bəyan etmiş və bildirmişdi ki, "Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır." Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası ola

14:19 67
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 368
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

16:04 641
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 253
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 724
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

16:59 2
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

14:37 2
.

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb

14:15 135