Ayaqları çürüyən, zombiləşən "patı" istifadəçisi: "Elə bilirdim məni izləyir..." - FOTOLAR

Ayaqları çürüyən, zombiləşən "patı" istifadəçisi: "Elə bilirdim məni izləyir..." - FOTOLARHəyatda müəyyən bir uğur qazanmaq üçün illərlə əziyyət çəkirik. Zəhmətinin bəhrəsini görmək isə hər kəsə qismət olmur. Gözəlliyi, zəkası ilə ətrafındakıları valeh edən qadınlar da, ağlı və şərəfi ilə seçilən mərd oğullar da bir səhvin qurbanı olurlar.

Yenə də mövzumuz cəmiyyəti uçuruma aparan narkomaniya ilə mübarizədir. Bu dəfə narkotik maddənin bir qadının həm özünün, həm də ailəsinin həyatını necə məhv etdiyi barədə danışacağıq.

Bunu biz yox, elə onun öz dilindən eşidəcəksiniz.

Cəmiyyətdə maarifləndirmə tədbirlərinə dəstək olmaq məqsədilə Oxu.Az-ın əməkdaşları narkotik bəlası səbəbindən həyatları məhv olmuş insanlarla həmsöhbət olub. Yolumuz 4 Saylı Qadın Cəzaçəkmə Müəssisəsinədir.

Belə ki, 18 yaşında ailə quran Hüseynova Rəna Zahid qızı deyir ki, etdiyi səhvlər, rəfiqələri ucbatından öncə ailəsi, sonra bütün həyatı məhv olub.

Rəfiqələr, içki, əyləncə...

Rəna deyir ki, ailəsinin dağılmasına səbəb olan rəfiqələri indi həyatda yoxdur:

"Onları özümə dost sayırdım. Qonşuluqda qalırdıq. Anam hər zaman deyirdi ki, o qızlardan uzaq ol. Mən isə anlamırdım. Ailə qurub getdikdən sonra daha əlaqə saxlamaram zənn etdim. Amma yenə də olmadı. Onlar məni qızışdırırdı, gəl gedək, gəzək, içək və s. Mən də onlara vaxt ayıracam deyə ailəmdən oldum. İki il sonra ayrıldım bir oğlumla tək anamgildə yaşamağa başladım.

Mağazalarda satıcı kimi işləyirdim. Başımı dolandırırdım. Bir gün yenə həmin rəfiqələrimlə görüşmək üçün anamı aldatdım. Ona yalan dedim ki, iş yoldaşımın ad gününə gedirəm. Amma o qızlarla birlikdə gecə restorana gedib çoxlu içdik. Hərə öz problemlərindən danışmağa başladı. Birdən rəfiqəm dedi ki, al bunu iç hər şey keçəcək. Mən də içdim. Uzun illər sonra bilmişəm ki, onun anası narkotik istifadəçisi idi. Qız da narkotiki anasından oğurlayıb bizə gətirirdi".

Rəna uzun illər maaşını narkotik vasitələrə verməyə başlayır. İşdən göndərdikləri ezamiyyətə getməyib və bu kimi səbəblərdən işindən də azad olunub.

Dərmanla başlayan və "patı" ilə bitən həyat

Rəna deyir ki, 2 ay narkotik çəkirdisə, digər zamanlarda onu almaq üçün işləyirdi:

"Mən oğurluq etmirdim. Öz pulumu qazanıb dərman alırdım. Amma sonra dərmanlardan daha yaxşısını axtardım və "kakos"a (sintetik narkotik) başladım. Bir qədər sonra da metamfetamin (patı) qəbul etməyə başladım. Onu çəkdiyimdə elə bilirdim ki, içimdən ikinci Rəna çıxır. Məndə zombiləşmə gedirdi. Evdə tək otaqda divarlarla danışırdım. Divara doğru durub gözümə görünən qadına yalvarırdım ki, heç kimə demə ki, məni kayfda tutmusan".

Qarabasmalar, qışqırıq səsləri...

Gecə səhərə qədər otaqda saatlarca heç kimin görmədiyi "insanlar"la söhbət edən, qışqıran Rəna anasının müalicə təklifini də qəbul etmir:

"Əslində otaq boş idi. Saatlarca kiminsə məni izlədiyini zənn edirdim. Elə bilirdim otaqda it var məni dişləyəcək. Anam, nənəm dəli olurdu. "Patı" məni elə günə saldı ki, oğlum da məni tanıya bilmirdi. Yolda getdiyim yerdə arxadan gələn adama hücum çəkirdim. Elə bilirdim məni izləyir.

Marketə gedirdim, elə bilirdim ki, pulqabını orda unutmuşam. Dava salırdım, söz-söhbət yaradırdım. Dəfələrlə olub ki, problem yaşamışam deyə, qapımıza gəliblər. Anamın, qardaşımın, oğlumun mənim problemlərimə görə, başlarına oyun gəldi".

Qardaşım məni bu yoldan ayırmaq üçün çalışdı, lakin nail ola bilmədi. Rənanın günahından qardaşına da 8 il hökm oxunub. Qardaşının da ailəsini dağıdan Rəna deyir ki, ağlına da gəlməzdi ki, bir anlıq həzz üçün aldığı "patı" onu geri dönüşü olmayan yola aparar:

"Qardaşımın ailəsi dağıldı. Özünə 8 il iş kəsdilər. Oğlum qapımıza gələn adamları döydüyü üçün tutuldu. Anam oğlum üçün əlindən gələni edirdi ki, tutulmasın. Amma heç indi məlumatım da yoxdur ki, oğlumun aqibəti necə oldu".

Rəfiqələrinin bədənini qurd basdı, özünün isə ayaqları çürüyür...

Narkotikin təsiri altında qaynar çaydanı aşıran Rəna ayaqlarını yandırır. Elə bədəninin çürüməsi də bundan sonra başlayır:

"Mənim rəfiqələrimin də əl-ayaqlarını qurd basırdı, çürüməyə başlayırdı. Görəndə heç tanımamışdım. Ağlıma gəlməzdi ki, mən də belə olaram. Ayaqlarıma qaynar su tökülmüşdü və yanmışdım. Lakin, "patı" istifadə etdiyim üçün yara sağalmadı və çürüməyə başladı. Həkim deyir ki, yaranın yeri sağalmır, sintetik narkotikin tərkibi orqanizmi çürüdür. Bu günə qədər qəbul etdiyim "patı" ayaq sümüyündə problem yaşadacaq. İllərlə bu belə davam edəcək.

Vəziyyət elə gəldi ki, ailəm mənim ölümüm ilə məhbusluğum arasında seçim etdi. Ölməyim deyə, məni həbsə göndərdilər. Düşünmürdüm ki, mənə 8 il iş kəsilsin. 8 ilin artıq 1 il 6 ayı geridə qalıb. Həbs olunandan sanki bir az özümə gəlmişəm. İslah olunuram. Amma geri baxanda məni vahimə basır. Kaş heç vaxt bu yola düşməzdim. İlk dəfə bu narkotikə yaxın durduğum günə qayıda bilsəm, heç vaxt dadına baxmazdım. Ailəm pərəm-pərəm oldu. 8 aydır oğlum tutulub, gələn gedən yoxdur yanıma".

Rəna deyir ki, onun həyatı gənclərin narkotik vasitələrdən uzaq qalmasına vəsilə olarsa, heç olmasa bu qədər çəkdiyi əziyyət bir işə yaramış olar:

"Gənclərin bu yola düşməsini istəmirəm. Çalışsınlar pis dostlardan uzaq olsunlar. Gənc yaşda insan pisi yaxşıdan ayıra bilmir. Valideynlərin sözlərini dinləsinlər. Sonrakı peşmanlıq fayda vermir".

Ayaqları çürüyən, zombiləşən "patı" istifadəçisi: "Elə bilirdim məni izləyir..." - FOTOLARAyaqları çürüyən, zombiləşən "patı" istifadəçisi: "Elə bilirdim məni izləyir..." - FOTOLARAyaqları çürüyən, zombiləşən "patı" istifadəçisi: "Elə bilirdim məni izləyir..." - FOTOLARAyaqları çürüyən, zombiləşən "patı" istifadəçisi: "Elə bilirdim məni izləyir..." - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3542   Tarix: 30 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

25.04.2024 173
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 383
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25.04.2024 380
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 130
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

25.04.2024 221
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 694
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25.04.2024 511
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 284