Burak ailəsi ilə Bodrumda - FOTOLAR

Burak ailəsi ilə Bodrumda - FOTOLARTürkiyənin ATV kanalında yayımlanan "Quruluş Osman" dizisinin çəkiliş qrupu tətilə çıxıb.

BiG.AZ sherq.az-a istinadən xəbər verir ki, baş rolun ifaçısı Burak Özçivit də həyat yoldaşı Fahriye Evcen və oğlu Karanla birlikdə Bodrumda tətilin kefini çıxarır. Sosial mediada maraqla izlənən fotolar paylaşmağı da unutmurlar. Cütlüyün hələlik sonuncu, maraq çəkən fotosu Burak Özcivit tərəfindən iri bir balığın yaxalanmasıdır. Fahriye Evcen-Özçivit fotoya belə şərh yazıb; bu, buz dolabına necə sığışacaq?! Burak Özçivit balıq ovunu sevir, imkan tapdıqca sevdiyi məşğuliyyətə sarılır. Bu dəfə isə aktyor böyük bir balıq yaxalamağı bacarıb. Və məharətini sosial şəbəkədəki təqibçiləri ilə paylaşıb.

Burakın ovladığı balığı oğlu Karana göstərdiyi anlar da sosial mediada xeyli bəyənilib.

Burak ailəsi ilə Bodrumda - FOTOLARBurak ailəsi ilə Bodrumda - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3721   Tarix: 28 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş