Zümrüd Bədəlova: "Evliliyimə Faiq Ağayev vəsilə oldu"

Zümrüd Bədəlova: "Evliliyimə Faiq Ağayev vəsilə oldu"Aparıcı Zümrüd Bədəlova şəxsi həyatı ilə gündəmə gəlib.

BiG.AZ xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan aparıcı keçmiş sevgilisi ilə baş tutmayan məhəbbətindən və onu ölümlə şantaj etməsindən danışıb:

"Sevdiyim oğlan qonşumuz idi. Onunla məktəb illərindən universiteti bitirənə qədər sevgili olduq. Daha sonra Rusiyaya getdi. Dedi, qayıdacam, evlənərik. Qayıdanda isə artıq pis vərdişləri var idi. Dəyişib başqa adam olmuşdu. Həm də əvvəlki qədər ona hisslərim yox idi. Həmin vaxt işləyirdim. Atası, anası məni qəbul etmədilər ki, o, aparıcıdır. Bununla belə sevgilim mənə deyirdi ki, mən qoymaram sən kiminsə olasan. Toyun olsa, mən o toya bomba qoyaram. Zəng edirdi bizə dəfələrlə... Ona görə də qorxaraq yaşayırdım. Hətta bəzən iş yoldaşlarım gətirib məni anama təhvil verirdilər. Qorxduğumdan tək gəzə bilmirdim".

Aparıcı keçmiş evliliyindən də danışıb. O, keçmiş həyat yoldaşı ilə ailə qurmasına Xalq artisti Faiq Ağayevin vəsilə olduğunu açıqlayıb:

"Yeni ulduz" yarışmasında aparıcı işlədiyim dövrlər idi. Bir gün studiyaya çoxlu güllər göndərdilər. Mənə zəng gəldi ki, Rusiyada bir ailə var, məndən yaman xoşu gəlir. Oğlan mənim üçün dəli-divanədir. Atası çox istəyir ki, mən onun gəlini olum. Sadəcə onun Rusiyada yaşamasına bir az narahat oldum və onunla evlənməyi artıq qurtuluş yolu gördüm.

Sonra fikirləşdim ki, guya sevdim də nə oldu. Tanımadığım adama deyim, gəlsinlər tanış olaq, o, məni əl üstündə saxlayar. 8 mart günü mənə elçi gəldilər. Baxdım ki, oğlan da yaraşıqlıdır. İşi-gücü yerində, normal, ali savadlıdır. Özü də məni sevir, qəbul edir. Mən ona öz həyatımı da danışdım. Onunla evliliyimə vəsilə olan şəxs Xalq artisti Faiq Ağayev idi. Faiq onlarla həm qohum, həm də ailə dostu idi.

Bir az da Faiq Ağayevin sözünə inanıb onunla ailə qurdum. Zəng vurdu, dedi ki, "Zuma, çox gözəl insandırlar". Düşünmədən dedim ki, Faiq, onlara de, gəlsinlər, tanış olaq. Bu gün mənim yanımda özüm boyda oğlum varsa, bunu Faiq Ağayevə borcluyam ki, vaxtında ailə həyatı qurmuşam. 6 ayın içində evləndik. Ailə həyatım 9 il çəkdi. Sonra ayrıldıq"./BAKU.WS


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3482   Tarix: 26 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

TOP MP3