"Çılqın Bediş"in Oqtayı illər sonra - Fotolar
1990-cı illərin məşhur "Çılqın Bediş" serialının Oqtayı - Cenk Torunun yeni görüntüləri yayılıb.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, "Delikanlım" klipi ilə məşhurlaşan sənətçi aktyorluqdan uzaqlaşıb. O, hazırda fitnes müəllimi kimi fəaliyyətini davam etdirir.
"1994-cü ildə universitetdə oxuyurdum. Anamın menecer dostları bizə qonaq gəlmişdi. Dedilər ki, yeni müğənni var, ona klip çəkəcəyik. Təklif etdilər orada çəkilim. Yıldız Tilbenin "Delikanlım" klipində çəkildim. Daha sonra serialda rol aldım. "Çılqın Bediş"dən sonra çoxlu fanatım oldu. İndiki kimi məşhura heç kimin əli çatmırdı. İşin bir az rüyası var idi. O vaxt çox kanal da yox idi. Serialdan sonra mənə dəstək olan olmadı. Osman Yağmurdereli ilə işlədim, amma vəfat etdi. Ona görə də bir az gündəmdən uzaqlaşdım" deyə, aktyor söyləyib.
O bildirib ki, həyatını davam etdirmək üçün başqa işlər görüb. Digər layihələrə qatılsa da onların gündəm olmadığını deyib:
"Heç vaxt boşluqda olmadım. Əlimdə edə biləcəyim çox işlər var idi. Əsgərlikdən gəldiyim gün atam Enver Torun intihar etdi. Onun şokunu yaşadım. Atam körpüdən özünü atmışdı. Uzun müddət o körpüdən keçə bilmədim. Bu da aktyorluqdan uzaqlaşmağıma səbəb oldu. Nevin Ursavaş adlı xanımla evləndim. Məni ayağa qaldırdı, dəstək oldu".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Bütün dünya bizim toyumuzdan danışacaq"
Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd
16.09.2021 2225 Damla plastik əməliyyatdan sonra - FOTOLAR
Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:
16.09.2021 9193 Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR
Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:
16.09.2021 4042 Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR
Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:
17.09.2021 3949 Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"
"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy
16.09.2021 2063 "Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"
Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz
17.09.2021 5564 Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO
Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı
16.09.2021 4875 Pandemiyada ikinci restoranını açdı
Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını
17.09.2021 3697 Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16.09.2021 1870