"Kabus" ləqəbli azərbaycanlı oğru saxlanıldı

"Kabus" ləqəbli azərbaycanlı oğru saxlanıldıUkraynanın paytaxtı Kiyevdə "kabus" ləqəbli uzun zamandır axtarılan Azərbaycan vətəndaşı oğru saxlanılıb.

Kiyev şəhər polisindən report-a verilən məlumata görə, Bakı şəhər, Səbael rayonunda qeydiyyatda olan, 1967-ci il təvəllüdlü Kərimov Şahin Abbas oğlu ötən gün saxlanılıb.

Onu paytaxtın Peçerskiy rayon polisi xüsusi əməliyyat nəticəsində tutub.

"Kabus" adlandırılan azərbaycanlı oğru uzun zamandır müxtəlif statuslu ailələrin evlərinə girib qarətlər edib.

Ötən günə qədər müxtəlif səylərə baxmayaraq, onu yaxalamaq mümkün olmayıb.

Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.(milli.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 789   Tarix: 25 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Ustalar.az ustalar sayti