"Hörümçək-adam" mağazada müştəriləri DƏMİRLƏ DÖYDÜ: 6 yaralı - VİDEO

"Hörümçək-adam" mağazada müştəriləri DƏMİRLƏ DÖYDÜ: 6 yaralı - VİDEOLondonda "Hörümçək-adam" kostyumunda olan bir şəxs supermarketə daxil olaraq dava salıb.

BiG.AZ xəbər verir ki, hadisəni əks etdirən kadrları "The Mirror" dərc edib.

Videodan göründüyü kimi, "superqəhrəman" bir neçə dəfə kassir xanımı vurub, daha sonra isə müştəriləri və mağazanın işçilərini dəmirlə döyməyə başlayıb. Nəticədə kütləvi dava baş verib, altı nəfər yaralanıb, döyülmüş qızlardan biri xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis çağırılıb. 31, 35 və 37 yaşlı 3 kişi, həmşinin, 17 və 18 yaşlı iki qız saxlanılıb.

Kostyumlu kişinin anormal davranışının səbəbləri məlum deyil.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 583   Tarix: 24 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş