Nadir Qafarzadə: "Telefon nömrəmi gəlinimə verib dedim ki..." - VİDEO

Nadir Qafarzadə: "Telefon nömrəmi gəlinimə verib dedim ki..." - VİDEOMüğənni Nadir Qafarzadə bir neçə gün əvvəl oğluna nişan edib.

BiG.AZ xəbər verir ki, "Zaurla Günaydın" verilişinə qonaq olan sənətçi, ilk dəfə bu haqda danışıb. Nadir oğlu Loğmanın 4 ildir sevdiyi xanımla nişanlandığını bildirib:

"Nişan kimi böyük elçilik oldu. Bu tamam başqa hisslərdir. Sadəcə yaşayanlar bilər. Həmişə toylarda olanda valideynlər deyirdilər ki "Həyəcanlıyıq Nadir bəy". Mən onları indi başa düşürəm. Telefon nömrəmi gəlinimə verib dedim ki, qızım əgər bir istəyin olsa oğluma demə, məndən istə... Hələ mən varam. Oğlumla gəlinim bir yerdə işləyiblər. Orada tanış olub, bir-birlərini seviblər. Oğlum bizə heç nə demirdi, gizlədirdi, deyirdi ki "Evlənməyəcəm". Gəlinimin anası gürcüstanlı, atası isə naxçıvanlıdır. 1 ildir atası vəfat edib. Əsl istədiyimiz kimi, ziyalı ailəsidir".

Qeyd edək ki, cütlüyün toyu məhərrəmlikdən sonra olacaq./BAKU.WS


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 10435   Tarix: 19 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Ustalar.az ustalar sayti