AVRO-2020: Bakıda keçirilən son oyunda Danimarka yarımfinala yüksəldi - YENİLƏNİB
AVRO-2020-nin Bakıda keçirilən sonuncu oyununun qalibi Danimarka olub.
Çexiyaya 2:1 hesabı ilə qalib gələn şimallılar yarımfinala yüksələn üçüncü komanda olub.
Onlar finala gedən yolda İngiltərə - Ukrayna görüşünün qalibi ilə qarşılaşacaqlar.
21:11
Çexiya Danimarka qarşısında fərqi azaldıb.
Patrik Şik 49-cu dəqiqədə komandasını ümidləndirən qola imza atıb.
20:49
Çexiya - Danimarka oyununda ikinci qol vurulub.
Qarşılaşmanın 42-ci dəqiqəsində Mehlenin cinah ötürməsini qola çevirən Kasper Dolberq komandasının üstünlüyünü möhkəmləndirib.
20:06
AVRO-2020-nin Bakıda keçirilən sonuncu oyununda hesab açılıb.
Danimarka erkən qolla önə keçib.
Qarşılaşmanın 6-cı dəqiqəsində Dileyni rəqib qapısının torunu silkələyib.(oxu.az)
20:01
AVRO-2020-nin Bakıda keçirilən sonuncu oyununa start verilib.
Çempionatın 1/4 final mərhələsi çərçivəsində Çexiya ilə Danimarka qarşılaşır.
Hazırda oyunda hesab açılmayıb.
19:01
Bu gün AVRO-2020-də 1/4 final mərhələsinə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu Bakıda keçiriləcək.
Paytaxtımızdakı son oyun Çexiya və Danimarka yığmaları arasında olacaq. Görüş Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Mərhələnin sonuncu görüşü isə Ukrayna və İngiltərə yığmaları arasında olacaq. Bu oyun Romadakı "Olimpiko" stadionunda keçiriləcək.
Bu oyunların qalibi yarımfinalda bir-biri ilə üz-üzə gələcək. Digər yarımfinal görüşü İspaniya və İtaliya yığmaları arasında baş tutacaq.
Avropa çempionatı
1/4 final
3 iyul
20:00. Çexiya – Danimarka
Baş hakim: Byörn Kuypers (Niderland).
Bakı. Olimpiya stadionu.
Çexiya: 1. Tomaş Vatslik, 3. Andrey Çelustka, 5. Vladimir Çoufal, 6. Tomaş Kalas, 7. Antonin Barak, 9. Tomaş Holeş, 10. Patrik Şik, 12. Lukas Masopust, 13. Petr Şevçik, 15. Tomaş Souçek (k), 18. Yan Boril
Danimarka: 1. Kasper Şmeyxel, 3. Yannik Vesterqaard, 4. Simon Kyaer (k), 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 9. Martin Breytveyt, 12. Kasper Dolberq, 14. Mikkel Damsqaard, 17. Yens Larsen, 23. Pyer-Emil Heyberq
BiG.Az
Telegramda izləyin
instagramda izləyin
İdman Baxılıb: 898 Tarix: 03 iyul 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBraziliya millisinin Olimpiada heyəti açıqlandı: Neymar çağırılmadı - FOTO
Braziliya millisinin Tokio Yay Olimpiya Oyunları üçün heyətinə Neymar çağırılmayıb. 22 futbolçunun açıqlandığı siyahıda tanınmış oyunçular da var. Bunlar arasında 38 yaşlı "Barselona", "Yuventus", PSJ-nin sabiq futbolçusu Dani Alves ("Sau Paulu, Qabriel Maqalyans, Qabriel Martinell
03.07.2021 584 Mahir Emreli Polşa komandasında qollara doymur
Millimizin futbolçusu Mahir Emreli Polşanın "Leqiya" klubunda növbəti qollarını vurub. xəbər verir ki, az öncə "Leqiya" Polşanın "Yaqelonion" klubu ilə yoxlama matçı keçirib. Varşava klubunun 2:0 qalib gəldiyi görüşün qəhrəmanı məhz Mahir olub. O bu matçda 11 və 22-ci dəqiqələrd
03.07.2021 1198 Güləşçimiz erməni rəqibini məğlub etdi
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatına qələbə ilə başlayıb. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ermənistan təmsilçisi Davit Jotyanla üz-üzə gəlib. Rəqibin
03.07.2021 573 Mahir Əmrəlidən YENİ XƏBƏR
Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Legiya"nın Çempionlar Liqası üçün sifariş vərəqinə daxil edilib. -a istinadən xəbər verir ki, Polşa çempionu qitənin ən nüfuzlu klub turnirində iştirak üçün heyəti UEFA-ya təqdim edib. Yığmamızın 24 yaşlı hücumçusu da I təsnifat mərhələsinin heyətind
03.07.2021 1324 UEFA Bakıdakı 1/4 finalda göy qurşağı rəngli reklamların istifadəsini qadağan etdi
UEFA Sankt-Peterburq və Bakıda keçiriləcək AVRO 2020-nin 1\4 final matçlarında göy qurşağı rəngli reklamların istifadəsini qadağan edib. Bu barədə məlumat yayıb. Bildirilib ki, turnirin sponsoru "Volkswagen" öz reklamında göy qurşağı rənglərindən istifadə edir. Lakin Sankt-Peterburq və Bakıdak
02.07.2021 1018 Mourinyo Bakıdakı AVRO-2020 matçının qalibini açıqladı
Portuqaliyalı məşqçi Joze Mourinyo Avro-2020-nin 1/4 final mərhələsi çərçivəsində keçiriləcək qarşılaşmalarla bağlı proqnoz verib. Bu barədə "Football Italia" məlumat yayıb. "İngiltərə mütləq yarımfinala çıxacaq. Mən deyərdim ki, Danimarka Çexiyanı keçəcək. Belçika İtaliya ilə? Bu böyü
02.07.2021 888 AVRO-2020: Çexiya və Danimarka milliləri Bakıya gəldi
Çexiya millisi futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsində Danimarkaya qarşı keçirəcəkləri oyun üçün Bakıya yola düşüb. "Report"a istinadən xəbər verir ki, yığmanı gətirən təyyarə axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Yaroslav Şilqavının baş məşqçi olduğ
01.07.2021 786 "Qarabağ" yeni transferini açıqladı - FOTO
"Qarabağ" Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə iki illik müqavilə imzalayıb. Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu "köhlən atlar"da 77 nömrəli formanı geyinəcək. Şeydayev 2017/2018 mövsümündə icarə əsasında "Qarabağ"d
01.07.2021 662 Bakıda keçiriləcək AVRO-2020-nin son oyununun hakimi Niderlanddan olacaq
Bakıda keçiriləcək AVRO-2020-nin 1/4 final matçının hakimlərinin adları açıqlanıb. xəbər verir ki, iyulun 3-də keçiriləcək Çexiya – Danimarka matçını Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Byörn Köypers olacaq. Sander van Rökel və Ervin Tseynstra yan xətt hakimləri, rusiyal
01.07.2021 550