Prezident bu şəxslərin MAAŞINI ARTIRDI

Prezident bu şəxslərin MAAŞINI ARTIRDIPrezident İlham Əliyev "İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında" sərəncam imzalayıb.

BiG.AZ xəbər verir ki, sərəncamda deyilir

1. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilsin.

2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan hərbi qulluqçulara (bundan sonra – hərbi qulluqçular):

2.1. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların hərbi xidmət müddəti və xidmət yeri nəzərə alınmaqla bu Sərəncamın Əlavəsinə uyğun olaraq aylıq vəzifə maaşlarının 20–60 faizi həcmində 5 il müddətində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ödənilir;

2.2. 2021-ci ildə hərbi qulluqçulara Azərbaycan Respublikası Prezidentinin əlavəsi "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.2.1.4-cü "Müdafiə və milli təhlükəsizlik sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi" yarımbəndində nəzərdə tutulmuş vəsaitin qalığı hesabına, növbəti illərdə isə dövlət büdcəsində müdafiə xərcləri üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir;

2.3. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçulara Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq ödənilir.

1.3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

2.4. Bu Sərəncam 2021-ci il iyulun 1-dən qüvvəyə minir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5798   Tarix: 25 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Merkeldən etiraf: Hökumətdə gender bərabərsizliyi var

Almaniya siyasətində gender bərabərsizliyinin mövcud olduğu, ölkənin siyasi həyatında kişilərin dominant mövqedə və sayca üstün olduğu bildirilir. türk mediasına istinadən xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel bu barədə Frankfurter Allgemeine Zeitung qəzetinə verdiyi müsahibədə danışıb

15.12.2025 162
.

Müşfiq Şahverdiyev 3 ildir oğlunu görmür

Aktyor Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmədiyini deyib. "Yeni Sabah" xəbər verir ki, bu barədə o, "Günə Uğurla" verilişində danışıb. Aktyor oğlunun Ukraynada yaşadığını bildirib:. "Mənim də evim, maşınım, qarajım var. Ukraynada evim varım idi, indi yoxdur. Övladım

15.12.2025 456
.

Sərhəd döyüşləri zamanı Tayland Kambocanı təxliyə etməyə çağırdı

Tayland və Kamboca arasında davam edən sərhəd döyüşləri zamanı Tayland ordusu Ukrayna istehsalı olan BTR-3E zirehli personal daşıyıcısından imtina edib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Osveditel Telegram kanalı məlumat yayıb. Qeyd edilir ki, Tayland ordusu eskalasiya ehtimalını əsa

15.12.2025 209
.

Sonsuz yalan danışırlar: Xroniki yalançıların 11 vərdişi

Psixoloqlar xroniki yalançıların 11 əlamətini açıqlayıb və daim manipulyasiya edən insanı necə asan və tez tanımağın mümkün olduğunu izah ediblər. Qaynarinfo xəbər verir ki, bu barədə "Your Tango" yazıb. Xroniki yalan - tək-tük uydurmalar və ya "zərərsiz" şişirtmələr deyil, həm insanı

15.12.2025 321
.

Petteri Orpo: Avropa üçün alternativ yoxdur

Finlandiyanın Baş naziri Petteri Orpo The Financial Times qəzetinə verdiyi açıqlamada Avropanın Ukrayna müharibəsindən bərpasında Rusiya aktivlərini təhvil verməkdən başqa seçim olmadığını bildirib. xarici mediaya istinadən xəbər verir ki, Orpo deyib:"Bu barədə çox düşünmək istəmirəm, çünki başq

12:00 98
.

Bu il Azərbaycana 1 milyondan çox smartfon idxal edilib

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 344 milyon 206.6 min ABŞ dolları dəyərində 1 milyon 81 min 332 ədəd smartfon idxal edilib. "APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 7.3

15.12.2025 247
.

Mağazada gecələmək faciə ilə nəticələndi

ABŞ-ın Florida ştatında yerləşən Dollar Tree mağazasının anbarındakı dondurucuda kişi meyiti tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 32 yaşlı Helen Massiell Garay Sanchezin cəsədi səhər növbəsində işləyən əməkdaş tərəfindən aşkar edilib. İlkin məlumata görə, Sanchez mağaza bağlanmazdan əvvə

11:29 127
.

Alimlər təbii elektrik stansiyaları kimi fəaliyyət göstərən qayalar kəşf etdi

Alimlər hidrogen istehsal edən və "reaktor" kimi davranan süxurlar aşkar ediblər. Bu tapıntı dərin okeanların kimyasının necə işlədiyini və ehtimal ki, milyardlarla il əvvəl həyatın necə yarandığını anlamaq üçün mühüm açar rolunu oynayır. Qaynarinfo nəşrinə istinadən xəbər verir ki, Kardif

15.12.2025 249
.

Şüşədə yağ, içində sual işarəsi... Etiketə inan bədəninə dua et

Supermarketlərdə yüzlərlə çeşid günəbaxan, qarğıdalı, zeytun yağları satılır. Hər birinin üzərində 100% təbii olduğu yazılır. Lakin məhsulu aldıqda isə keyfiyyətinin o olmadığını görürük. Ölkəmizdə duru yağlar yerli istehsal ilə yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Sinqapur kimi ölkələrdən idxal olunur

13:02 81
.

TOP MP3