Hicama - küpə üsuluyla müalicə: Kimlərə olar, kimlərə olmaz? - VİDEO

Hicama - küpə üsuluyla müalicə: Kimlərə olar, kimlərə olmaz? - VİDEOHicama nə deməkdir?

Hicama, hacamat, həcəmət, qanalma, küpə üsuluyla müalicə kimi müxtəlif adlarla məşhurdur. Hacamat sözü ərəbcə "əmmək" mənasını verir (qanın sorulması). Venamızdan (damardan) verdiyimiz qanın tərkibiylə digər əzələ-oynaq nahiyəmizdən alınacaq qan nisbətən fərqlidir.

Hicamanın 2 növü var:

Quru və yaş. Yəni quru qanalma zamanı banka hər hansı nahiyədə sorucu qüvvə yaradaraq 3-7 dəq qalır və heç bir kəsik aparılmır (qeyri-invaziv metod). Yaş hicama zamanı vakuum hesabına dolu qanlılıq yaranır daha sonra isə həmin nahiyələrdə kiçik steril kəsik aparılır və həmin yerə yenidən banka qoyularaq sorulma vasitəsilə qan çıxır, atılır. Bəzən 2 dəfə banka dolub-atılması təkrarlanır (xəstənin vəziyyətindən asılı olaraq dəyişir).

Tarixi:

Herodotun dövründən Hippokrat zamanlarına kimi bu prosedur tətbiq edilir (mənbə - https://www.ncbi.nlm.nih.gov/books/NBK538253/).
O dövrlərdə baş ağrıları (miqren və digər tiplər), kürək, boyun-bel ağrıları, ginekoloji problemlər, ağciyər xəstəlikləri, eləcə də yuxarı və aşağı ətraf patologiyaları zamanı hicama metodu tətbiq edilib. Misir Papiruslarında bu üsula rast gəlmək olar. Orta Şərqdə həkimlər Əbu-Bəkr Əl-Razi, İbn-Sina və Al-Zahravi küpə terapiyasından istifadə ediblər. Çində Mavanqdui Silk tətbiq edib, eləcə də Avropada bir çox xəstəliklərdə bu metoddan yararlanıblar. Qalen yaş hicama üsulunda küpə kimi buynuz, stəkan, mis qablardan istifadə edib.

Mexanizmi

Küpə üsuluyla qan almanın mexanizmi və terapevtik effekti tam aşkarlanmasa da, bir çox xəstəliklərdə müsbət nəticələri var. Yaş hicama metodu təxminən süni böyrək funksiyası kimidir. "İn vivo"da böyrək hidrofobik (suda həll olmayan) maddələrin filtrasiyasını həyata keçirir. Bu üsulda isə həm hidrofobik, həm də hidrofolik (suda həll olan) filtrasiya prosesi həyata keçirilir. Yüksək təzyiq yaradaraq sorulmuş qan həcmi artır, həmçinin kapillyarların filtrasiyası hesabına hüceyrəarası maye filtrasiya olunur (təmizlənir). Təmizlənmiş qan xəstəliklərə səbəb olan prostaqlandinlərin iltihab mediatorlarının stimulyasiya olunmasının qarşısını alır. Skarpel vasitəsilə çərtilmiş sahədə hüceyrənin iltihab miqrasiyası və endogen opioid sintez sayəsində anadagəlmə və qazanılmış immunitet artır. Buna görə də qan axımı yaxşılaşır, toxumaların oksigen təchizatı və perfuziyası artır, toksinlər xaric olur, neyroendokrin (sinir-hormonal) balans bərpa olunur.

Hacamat (küpə üsuluyla qanalma) zamanı mənfi təzyiq hesabına hiperemiya (doluqanlılıq) yaranır və həmin nahiyədə olan iltihablanmış (miqrasiya etmiş leykositlər), toksinlərlə zəngin trombositlər (qan lövhəcikləri), çox aşağı sıxlıqlı lipidlər, yağlar və digər zərərəli maddələrlə dolu qan atılır.

Kimlərə olar, kimlərə olmaz?

Profilaktik məqsədlə ildə 4 dəfə, müalicə məqsədi ilə 10 gündən və ya 2 aydan bir prosedur aparılır, həkim nəzarəti ilə fasilə verilir.

Küpə üsulu (hicama) baş, boyun, bel, diz, ayaq və digər sinir-əzələ ağrıları zamanı tətbiq edilir. Həmçinin, sistem xəstəliklərdən revmatoid artrit, yüksək təzyiq (hipertoniya), ürək-damar xəstəlikləri, şəkərli diabet, psixoloji narahatlıqlar (mental pozulmalar), keçirilmiş xroniki xəstəliklərin reabilitasiya dövrü və dəri xəstəlikləri zamanı istifadə edilir.

Ürəyin işemik xəstəlikləri zamanı, antikoqaulyantların istifadəsi zamanı edilən nahiyədə hər hansı infeksiya varsa, kəskin anemiya, hemofiliya, açıq yaralar, sümük qırılması, dərin vena trombozu, menstruasiya zamanı, hamiləlik və uşaqlıq qanaxmaları dövründə bu proseduru etmək olmaz.

Həmçinin çox kiçik yaş və heraitrik (çox yaşlı) insanlara tətbiq etmək məsləhət deyil. Xərçəng xəstələrinə mütləq göstəriş olmadan təyin edilməməlidir. Hər hansı qan laxtalanmasıyla bağlı problemi olanlarda qanda D-dimer səviyyəsinə baxılmalıdır. Ümumiyyətlə, ümumi qan analizinə diqqət edilməlidir.

Texnikası

İlk öncə qeyd edək ki, bu işlə tibb personalı məşğul olmalıdır. Hicama yüksək ixtisaslaşmış və prosedura yiyələnmiş feldşer və həkimlər tərəfindən tibb mərkəzlərində tətbiq olunmalıdır (Məsələn, Apifitoterapiya mərkəzində bu xidmət mövcuddur - www.afm.az) .

Prosedur 5 mərhələdə aparılmalıdır:

Demarkasiya (yerin təyin olunması),
Sterilizasiya (təmizlənmə),
Skarfikasiya (kəsilmə),
Sorulma,
Sterilizasiya,
Kəsilmədən öncə hacamat bankaları ilə vakuum yaradılmalıdır.

Əks təsir

Hicama zamanı ağırlaşmalara da rast gəlmək olar. Başgicəllənmə, qanazlığı, ürəkbulanma, bayılma, yuxusuzluq və s. təsirlər mümkündür. Həmçinin infeksiya riski də mövcuddur.

Fitoterapevt Dr. Elnur Eldaroğlu


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1444   Tarix: 21 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qış depressiyasından qoruyan 4 tövsiyə: Kimlər daha həssasdır?

Qışa daxil olarkən günlərin qısalması və günəş işığının azalması ilə birlikdə artan yorğunluq, istəksizlik və yuxuluq qış depressiyasının əlaməti ola bilər. Bəs kimlər daha həssasdır və bu depressiyadan necə qorunmaq olar?. Qaynarinfo xəbər verir ki, türk psixiatr Umut Mert Aksoy dərman istifadəsi olmada

27.11.2025 483
.

Həkimlər niyə qadınlara günəbaxan tumu yeməyi məsləhət görür?

Günəbaxan tumları zülal, faydalı yağlar, lif və vitaminlərlə zəngindir və orqanizmə müsbət təsir göstərir. Onlar sadəcə rahat qəlyanaltı və ya salatlara əlavə deyil, əslində dəyəri çox zaman yetərincə qiymətləndirilməyən tam qidalı məhsuldur. Günəbaxan tumlarını həqiqətən dəyərli edən nədir?. xəbər veri

14.12.2025 524
.

Sinə xərçəngindən tam qurtulmaq mümkün deyil - Onkoloq

Onkoloq süd vəzi xərçənginin təkrarlanma riskinə diqqət çəkib. xəbər verir ki, onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib ki, süd vəzisinin çıxarılmasından sonra belə xərçəngin təkrarlanma riski mövcuddur. "Əməliyyatdan sonra on il ərzində qadınların təxminən 10%-i xərçəngin təkrarlanması ilə qarşılaşır

07.12.2025 369
.

İtalyan uzunömürlülüyünün sirri: Qədim genlər...

Alimlər italyan uzunömürlülərinin uzunömürlülüyünün sirrinin təkcə həyat tərzi və Aralıq dənizi pəhrizi ilə deyil, həm də ovçu-yığıcıların qədim genetik irsi ilə əlaqəli ola biləcəyini aşkar etdilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "GeroScience" jurnalında dərc olunub. Beynəlxal

17.12.2025 269
.

İmmunitetə ​​davamlı virus narahatlıq yaratdı - Mütəxəssislərdən yeni pandemiya xəbərdarlığı

İnsan orqanizminin infeksiyalara qarşı ən təsirli müdafiə mexanizmlərindən biri hesab olunan qızdırma, adətən xəstəliklərlə mübarizədə həlledici rol oynayır. Qızdırma bədən temperaturunu yüksəldərək virusların çoxalmasını yavaşladır və immun sisteminə infeksiyanı aradan qaldırmaq üçün əlavə vaxt qazandırır

11.12.2025 385
.

Gündə bir fincan çay sümükləri qoruyur?

Professor Envu Liuya görə, əldə olunan nəticələr hər gün bir fincan çay içməyin yaşlanma dövründə sümük sağlamlığını dəstəkləməyin sadə yollarından biri ola biləcəyinə işarə edir. Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, onun sözlərinə görə, orta səviyyədə qəhvə istehlakı təhlükəsiz görünsə də

16.12.2025 317
.

Xərçəng riskini artıran gündəlik 3 vərdiş

Alman mütəxəssisləri insanların gündəlik vərdişlərini təhlil edərək hansı davranış modellərinin xərçəng riskini artıra biləcəyini müəyyənləşdiriblər. BİG.AZ xəbər verir ki, həkimlər üç əsas vərdişi xüsusilə təhlükəli adlandırırlar. Məlumdur ki, bədxassəli şişlər çox vaxt zərərli vərdişlər fonunda yaranır

28.11.2025 642
.

Təzyiqiniz normada olmur?

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. Axşam.az təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:. Quru əncir. Kalsium, fosforla zəngindir, ürək-damar sistemi üçün effektivdir. Kişmiş

29.11.2025 418
.

Yeməkdən dərhal sonra çay içmək olmaz - Yan təsiri var

Çay dünyanın ən populyar içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın istifadəsi bəzən çox xoşagəlməz yan təsirə səbəb ola bilər. Qaynarinfo -a istinadən xəbər verir ki, çaydakı birləşmələr dəmirin mənimsənilməsinə mənfi təsir göstəri

01.12.2025 557
.

TOP MP3