"Sən bədbəxt, şəxsiyyətsiz adamsan" – Elməddin müflis olub

"Sən bədbəxt, şəxsiyyətsiz adamsan" – Elməddin müflis olubAktyor Elməddin Cəfərov Lent.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Pandemiyada Elməddin Cəfər nə işlə məşğul oldu?

- İlk mərhələdə oxuyacağım kitablarım var idi. Onları bölmüşdüm, oxudum. Amma çox sıxıcı idi. Alışmadığımız mühit idi. Adam darıxırdı. Mən Göyçə mahalındanam. Qərbi Azərbaycandan. Biz 1988-ci ildə köçü gördük, müharibəni yaşadıq. Devalvasiya, koronavirus gördük. Daha nələr görmədik ki... Deməli, bütün bunlar qismət imiş. Bütün zamanlardan güclü insanlar çıxır. Düşünürəm ki, bütün yaşananlar bizim xeyrimizədir.

- Müğənnilərin çoxu pulsuzluqdan gileylənir. Aktyorlarda vəziyyət necədir?

- 10 ildir toya getmirəm. Çox adam bilir ki, içki olan məclislərdə olmuram. Özüm içmirəm, inancımdan dolayı içki olan məclisə getmirəm. Ümumiyyətlə, mənə xoş deyil ki, hamı yemək yesin, mən də onları əyləndirim. Təxminən 6-7 ay işləmədik, maddi sıxıntılar olurdu. Amma çox deyildi. Çünki geyim çox almırdıq, bir çox yerlərə getmirdik.

- Aktyorluqdan savayı əlavə gəlir yeriniz var ?

- Əvvəllər var idi. Amma indi yoxdur. Elektron dükanım var idi, sonra bağladım. Bir neçə sahələrə əl atmışam, amma heç birində uğur qazanmamışam. Həmin vaxt müflis oldum. Qoyduğum bütün pul batdı. Bir dəfə evin təmirinin pulunu yeni biznesimə qoydum, pul orda batdı, ev təmirsiz qaldı.

- Müğənnilər söyləyirlər ki, həmkarları paxıldır. Aktyorlar necədir?

- Əslində mən onu görməmişəm, yaşamamışam. Bəlkə də olub, mən fərqində deyiləm. Ruzunu verən Allahdır. Sadəcə, insan əzmlə çalışmalıdır. Bunun sonunda rəbbim sənin bərəkətini verəcək. Bir insan uğurludursa, mən ona necə paxıllıq edə bilərəm ki? Şəriki deyiləm ki... Kiməsə paxıllıq etmək günahdır. Bir çox yerlərdə bir-birinin uğuruna sevinməmək var.

- Seriallarda uğursuz aktyorlar gördüyünüz zaman özünüzə deyirsiz ki, bunun yeri bura deyil?

- Hə, olur. Elə serial olub ki, özüm orada çəkilsəm də, özümü orada görməmişəm. Çəkiləndən sonra anlamışam ki, o rol mənlik deyildi. Sadəcə, prodüser məni necəsə inandırıb. Hətta elə olub, demişəm ki, kaş, mənim tərəf müqabilim başqa adam olardı. Amma səhvlər olmasa, inkişaf da olmur. Hər zaman düzgün addım atmaq olmur. Hər sahədə uğursuzluqlar olur. Uğursuzluqdan sonra gələn uğur daha dadlı olur. Mən onu yaşamışam. "Tək səbir"dən heç nədən ortaya çıxdıq, hamı bizi tanıdı. O veriliş inanılmaz reytinq yığırdı. İndi həmin veriliş olsa, reytinq yığmaz. Çünki o veriliş o zamanlar üçün idi. O vaxt şöhrətin nə olduğunu anlamırdıq. Sonra nələrisə qurduq, oğursuz oldu. Uğursuzluqdan sonra daha çoc çalışdıq, uğur qazandıq.

- Bir çox insan anidən məşhur olanda tanınmışlıq onun başını gicəlləndirir. Sizdə elə şeylər olmadı ki?
- Yox, mən ali təhsillə bərabər mədrəsə təhsili də alırdım. 9 yaşımdan mədrəsə təhsili almışam. Orada keçirilən dərslərdə, kitablarda qeyd olunurdu ki, yekəxanalıq etmək olmaz. Sadə insan olmalısan. Allaha xoş gəlmək üçün onun qulları ilə xoş davranmalısan. Bu təfəkkürlə böyümüş bir insan idim. Ona görə də məşhurluq məni çaşdırmadı. Məşhur olmaq vecimə deyildi. Küçəyə çıxanda insanların mənimlə niyə şəkil çəkdirməsini anlamırdım. Məsələn, "Xoxan" filminin təqdimat mərasimi idi, bütün saytlar, televiziyalar gəlmişdi. Hamı məndən müsahibə alırdı, şəkil çəkdirirdi. Təqdimatda izdiham var idi. Təqdimatı yola verdim, evə qayıdanda oğlum məndən soruşdu ki, ata, çiyələkli süd almısan? Yoldaşım da dedi ki, çörək aldın? Onların dediyini almaq yadımdan çıxmışdı. Onda anladım ki, mən səhnədə tanınmış adamam. Amma evdə ailə başçısı, lazımlı bir adamam. Övladım üçün atayam, valideynlərim üçün də bir övlad. Həmin gün anladım ki, mən onlar üçün adi bir Elməddin Cəfərovam. Bir sözlə, həmin gün gedib çörəyi və çiyələkli südü də aldım.

- Övladdan söz açmışkən, övladınızın sizin yolunuzu davam etdirməsini istərdiniz?

- Böyük oğlumun yox, kiçik oğlumun sənətimə yaxın bir sənətdə olmağını istərdim. Çünki özünün dizayn, qrafika sənətinə çox həvəsi var. Bəlkə sabah montajçı ola bilər. Montaj, rejissorluq istəsə, razı olaram. Böyük oğlum Budapeşt şəhərində təhsil alır. İngilis dilini və riyaziyyatı yaxşı bilir. Xaricdə ali təhsil almaq üçün imtahan vermişdi, oradan da yüksək bal (87 bal) topladı. Budapeştdə təhsil almağını istəmirdim, birinci razı olmadım, sonra razılaşdım. Yoldaşım dedi ki, sən razı olmasan, uşaq travma yaşayar. Onu yola salanda kövrəldim, sonra başa düşdüm ki, bu lazımdır.

- İndi aktyor olmaq asandır, yoxsa çətin?

- İndi çox asanadır. İndi "YouTube", "Tik-tok" , "İnstagram"lar var. Amma o vaxt 3-4 televiziya var idi, onlara da çıxmaq üçün nələrdən keçməli idin. İndi axşam sosial media üçün video çəkirlər, səhəri gün partladır.

- Hazırkı vaynerlər əvvəlki dövrdə çıxsaydılar, tanınmış olardılar?

- Uğurun qarşısında duran yol tək insana yox, Allaha da bağlıdır. Elələri var ki, o vaxt tanına bilməzdilər. Vaynerlərin hamısı uğurlu deyil. Uğurlusu, uğursuzu var. Xarakter olaraq bir neçə vayneri bəyənirəm. Eləsi var ki, bir neçə həftədir ortalığa çıxıb, yanından keçir, amma sənə salam vermir. İnsanlar onunla şəkil çəkdirmək istəyir, deyir ki, kənara dur. O tip insanlar uğur qazansa, nə dəyişəcək ki? Xarakterləri yoxdur. Sən yoxsansa, sənin gördüyün işlər nəyə yarayır ki? Sən bədbəxt, şəxsiyyəsiz bir adamsan. Uğur qazanmağın nəyə yarayır ki?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4860   Tarix: 14 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Molla Quranı göstərib deyir ki, sənin növbəndir"

Əməkdar artist Yusif Mustafayev ölüm xəbərinin yayılmasından danışıb. Axşam.az xəbər verir ki, ki, müğənni "Elgizlə izlə" proqramına zəng edərək bunları deyib:. "Kimə nə etmişəm? Bir dəfə demişəm ki, atam uzunömürlü olub, mən də çox yaşayacağam. Kim bilir, bəlkə sabah öldüm. Bir moll

22.04.2024 675
.

O da "Korkma ben yanındayım"da olacaq - Foto

"Korkma ben yanındayım" serialının heyətində dəyişiklik edilib. Axşam.az xəbər verir ki, ekran işində aktyor Beran Kotan rol alacaq. O, layihədə "Okan" obrazına həyat verəcək. Qeyd edək ki, serialın baş rollarını Nilsu Berfin Aktaş və Eren Ören canlandırır

21.04.2024 522
.

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər

"Allah bircə balasını saxlasın, toy qismət eləsin. Allah onun sənət, həyat yolunu hamar etsin. Gözəl qadındır. Gözəlliyinə uyğun daha da gözəl həyat yaşasın". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev illərdir küsülü olduğu həmkarı Brilliant Dadaşova ilə bağlı suala cava

24.04.2024 1045
.

"Sibel Canın verilişi kimi layihə edəcəyəm"

Müğənni Aygün Şükürova yenidən aparıcılıq edəcəyini deyib. OLAY yazır ki, ifaçı ötən il apardığı verilişdən bəhs edərkən, həyata keçirmək istədiyi yeni layihəsindən söz açıb. O, bu barədə "Xəzər axşamı" proqramında danışıb. "Nuşi can" verilişi idi. 9 ay apardıq. 5 gün canlı efir idi

24.04.2024 752
.

Aygün Kazımova GEYİMİ İLƏ DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti Aygün Kazımova geyimi ilə diqqət çəkib. xəbər verir ki, o, "instagram" hesabında yeni görüntülərini paylaşıb. Sənətçi cazibədar görünüşü ilə izləyicilərin diqqətini çəkib. Paylaşıma xoş sözlər ünvanlayıblar. Həmin paylaşımı təqdim edirik:

21.04.2024 10559
.

Faiq Öztürk iflic olub

Türkiyəli müğənni Faiq Öztürkün 20 gün öncə Bodrumda beyninə qan sızıb. Axşam.az xəbər verir ki, sənətçinin sol tərəfi iflic olub. 62 yaşlı müğənni Ankarada müalicə olunur. Bu barədə məlumatı müğənninin həyat yoldaşı və duet ortağı Safiye Soyman verib

25.04.2024 555
.

"Atam yeni fikirlərə daha açıqdır, anam yox" - İradənin qızı

Müğənni İradə İbrahimova qızı İpək İzərin onun və həyat yoldaşı Ceyhun İzər haqqında söylədiyi fikirləri izləyiciləri ilə bölüşüb. Axşam.az xəbər verir ki, ifaçının paylaşımında bu fikirlər yer alıb. "Mən, İpək İzər. Bu gün anamla atamın fərqli özəlliklərini açıqlayacağam. Atam rahat biridir, ana

21.04.2024 568
.

"Mədəniyyət Nazirliyi məni qapıdan içəri buraxmır"

Aktyor Elməddin Cəfərov Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlamalar edib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə -a müsahibəsində danışıb. Cəfərov bir çox qurumlara layihələr təqdim etdiyini, lakin qəbul edilmədiyini deyib:. "O qədər etmişəm ki! Heç nazirliyin özünə buraxmadılar, şöbəd

22.04.2024 656
.

Mətanət Əsədova ana olacağını açıqladı - VİDEO

Müğənni Mətanət Əsədova ana olacağını açıqlayıb. Bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində məlumat verib. "Allahın qismətidir. Allah imkan versə, ana olacağam, inşallah. Heç kimin başı üçün deyil ki, mənim şəxsi həyatıma qarışsın. Mənimlə heç kim oyun oynaya bilməz"

22.04.2024 3490