Fuad Poladovun 73-cü ildönümüdür
Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycan SSR Xalq artisti Fuad Poladovun anadan olmasının 73-cü ildönümüdür.
Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967-1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.
Xalq artisti "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Dolu", "Qara "Volqa", "Qayınana" filmlərdə (ümumilikdə 44 filmdə rol alıb), "Şah Qacar", "Qılınc və qələm", "Yağışdan sonra", "Mirzə Şəfi", "Müsyö Jordan və dərviş Məstəli şah", "İblis", "Qara dəlik" və sair tamaşalarda rollar alıb.
Sonralar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmiş və 4 may 2018-ci ildə vəfat edib. Fuad Poladov "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 569 Tarix: 24 may 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Özcan Denizin mətbuata açıqlama verdi
Özcan Deniz "tikinti sahəsini çirkləndirmək" cinayətindən ona qarşı açılan istintaq çərçivəsində "şübhəli" qismində Çağlayan Ədliyyəsində ifadə verib. türk mediasına istinadən xəbər verir ki, məhkəmədən çıxdığı zaman jurnalistlərə açıqlama verən Deniz, "Özümü qorumaq üçün işlə
05.03.2025 262 Süni intellektdən əvvəl və sonra: həyatımız necə dəyişdi?
Süni intellekt (Sİ) son illərdə həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əgər bir vaxtlar avtomatlaşdırılmış texnologiyalar sadəcə insan əməyini asanlaşdıran vasitələr idisə, bu gün onlar qərarvermədən yaradıcılığa qədər bir çox sahədə insanı əvəzləməyə başlayıb. xəbər verir ki, süni intellektin geni
05.03.2025 111 Vərdişlər 21 gündə formalaşmır: Onları yaratmağın həqiqi yolları
Araşdırmalar göstərir ki, gündəlik davranışlarımızı formalaşdıran ən güclü amil vərdişlərdir. Onları effektiv şəkildə yaratmaq üçün bir neçə əsas strategiya mövcuddur. -ya istinadən xəbər verir ki, vərdişlər üçün 21 gün qaydasını unudun. Uzun illər boyunca bir vərdişin formalaşması üçün 21 gün lazı
05.03.2025 130 Faciəvi şəkildə ölənlərdən biri müəllim imiş
Xəbər verdiyimiz kimi, Göygöldə 4 nəfər zəhərlənərək ölüb. "Qafqazinfo"nun məlumatına görə, vəfat edən qadınlardan biri müəllim imiş. Belə ki, 25 yaşlı Münəvvər Hüseynova Şəmkir rayonunun Səməd Vurğun adına qəsəbə tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə dər
05.03.2025 660 "Botoksa qarşı deyiləm" - Emel Sayın
"Botoksa qarşı deyiləm". xəbər verir ki, bu sözləri türkiyəli aktrisa müğənni Emel Sayın deyib. "Botoksa qarşı deyiləm. Üzümdə sadəcə botoks var. Başqa heç nə etdirmirəm" ,- deyə o qeyd edib. [hh4-unikal]
05.03.2025 199 Sabah Bakıda yaz havası olacaq
Martın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləy
05.03.2025 576 Demet Özdemirin yeni görkəmi
Demet Özdemir saçına parik qoyaraq qısa saçı sınayıb. xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edib. "Bəlkə bir gün" ,- deyə o qeyd edib. [hh4-unikal]
05.03.2025 269 Körpəsini öldürmək istəyən 15 yaşlı ana həbs olundu
Rusiyanın Moskva vilayətində 15 yaşlı ana öz uşağını öldürməyə cəhddə ittiham olunub. yerli mediaya istinadla bildirir ki, yeniyetmə həbs edilib. İstintaqın məlumatına görə, fevralın 26-da Orexovo-Zuevo şəhərindəkı mənzildə 15 yaşlı qız oğlan uşağı dünyaya gətirib. Daha sonra o, körpəni torbaya qoyara
05.03.2025 264 Tarixi tədbirin - Videosu
Xəbər verdiyimiz kimi, martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər. Həmin mərasimin videosunu təqdim edirik:. Qafqazinfo
05.03.2025 132