"Tətilə 30 gün qalmış məktəbləri açmağı kim düşünüb?"

"Tətilə 30 gün qalmış məktəbləri açmağı kim düşünüb?""Çox maraqlıdır, kim düşünüb məktəbləri yay tətilinə çıxmasına 20-30 gün qalmış "Formula"ya görə bağlanmış şəhərimizi nəzərə almayaraq açmağı?".

BiG.AZ xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi məktəblərin açılmasından gileylənib:

"Uşaqlar güc-bəla ilə onlayn dərslərə öyrəşiblər. İmtahan bir tərəfdən, səhər saatlarla və dərsdən qayıdanda tıxacda... Ağızlarında səhərdən 8 saat maskayla bu uşaqlara bu əziyyəti verməkdə məqsəd nədir?
Adi insanları düşünən var? Camaat işə necə gedib-gəlsin? Bu isti havada insanlar niyə əziyyət çəksin?
2020-nin martından əziyyət çəkirik də onsuz da"./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2586   Tarix: 18 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş