"Öpdürmək istədiyiniz yerə vurun" –100 il əvvəl bu gün dünya onu tanıdı

"Öpdürmək istədiyiniz yerə vurun" –100 il əvvəl bu gün dünya onu tanıdı"Ətir qadın haqda daha çox informasiya daşıyır, nəinki imza". Koko Şanelin sözləridir. O Koko Şanelin ki dünyaca məşhur "Time" jurnalı onu 20-ci əsrin ən önəmli 100 insanı siyahısına salmışdı.
O Koko Şanel ki dünaynın dəb ikonası adlandırılırdı.

O Koko Şanel ki düz 100 il bundan əvvəl, mayın 5-də "Chanel №5" ətirlərini ilk də insanların ixtiyarına verdi, satışa çıxarıldı. Bu ətirlər həqiqətən ətriyyat aləmində yenilik idi. Dünyanın bir çox məşhurları, Jaklin Kennedi, Merlin Monro və başqaları hər zaman bu ətirdən istifadə edirdi.

Kim idi axı bu Koko? Əsl adı Qabriyela idi. Koko adını sonradan çox sevdiyi "kokoriko" mahnısından götürüb. Qabriel Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi. 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı.

1910-ci ildə Parisdə özünün geyim dükanını açır, burda əsasən şlyapalar satılırdı. İki il sonra isə "Şanel Moda evi"ni açır. Amma birinci dünya müharibəsi onun bu işini dayandırır. Müharibədən bir il sonra Evin fəaliyyətini bərpa edir. Bayaq dedik, 1921-ci ildə əfsanəvi, "Chanel № 5" ətri satışa çıxarılır. "№5" dünya ətir sənayesində bir inqilab idi. Sonrdan Koko deyəcəkdi: "Bu, bir gülün yox, bütün bağçanın ətridir".
Maraqlıdır ki, yaranmasından 1 əsr keçməsinə baxmayaraq "Şanel № 5" ətri hələ də dünyada ən çox satılan ətirdir. Bu gün dünyada hər 5 saniyədən bir bu ətrin bir flakonu satılır.

Koko yazırdı: "Ətir vurmayan qadının gələcəyi yoxdur. Ətir görünməz olsa da, unudulmaz və bənzərsiz aksessuardır. Qadının gəlişindən xəbər verir və gedəndən sonra onu xatırladır. Onu öpdürmək istədiyiniz yerə vurun".

Onun həyatında bir neçə kişi olur. Amma Koko heç vaxt ailəli olmur. "Hər kişinin həyatında ancaq bir qadın olur - qalanları onun kölgəsidir". Həm də belə deyirdi əfsanə. Mari-Dominik Löliev onun haqqındakı kitabında yazırdı: "Sevgilisi Etyen Balzan Kokoya eyni evdə yaşamağı təklif edir. Bir dəfə gecə yolda yeriyən sevgililər dilənçi ilə qarşılaşırlar. Koko dilənçini dərhal tanıyır. O, Kokonun atası idi, onu yetimxanaya atıb getdikdən sonra bir daha axtarıb maraqlanmayan atası… Koko bir anda Etyenə tərəf dönür ona pul verməsini deyir və onunla birlikdə yaşamağa razı olduğunu söyləyir". Kokonun eşq macərası yaşadığı məşhur simalardan biri rejissor Lukino Viskonti olub. Viskonti homoseksual idi. Kokonun kişilərə meyl edən Viskontini özünə necə aşiq etdiyini indiyədək heç kim bilmir. Ona niyə "Ailə qurmamısan?" sualını verəndə belə cavab vermişdi: "Bu günə qədər dünyada bir çox Vestminister hersoqinyası olmuşdur, amma bu dünyada yalnız bir Şanel var".
"Bəzi insanların pulu var, bəzi insanlar isə varlıdır. Bu da onun sözləridir". Onun həm pulu vardı, həm də varlıydı.
O, ikona idi.
O, büt idi.
O, dəb Allahı idi.
Ətir filosofu idi.
O, Koko Şanel idi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2274   Tarix: 05 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanlı müğənnilər nişanlandı

Müğənnilər Sura İskəndərli və Lil Orxan nişanlanıb. OLAY-ın məlumatına görə, cütlüyün nişan mərasimi bu gün baş tutub. Sura və Orxanın görüntülərini təqdim edirik:. Qeyd edək ki, 2018-ci ildə fəaliyyətə başlayan İskəndərli "Ee daha daha nasılsınız" mahnısı ilə daha da populyarlıq qazanıb. Onu

22.04.2024 1322
.

"Sibel Canın verilişi kimi layihə edəcəyəm"

Müğənni Aygün Şükürova yenidən aparıcılıq edəcəyini deyib. OLAY yazır ki, ifaçı ötən il apardığı verilişdən bəhs edərkən, həyata keçirmək istədiyi yeni layihəsindən söz açıb. O, bu barədə "Xəzər axşamı" proqramında danışıb. "Nuşi can" verilişi idi. 9 ay apardıq. 5 gün canlı efir idi

24.04.2024 741
.

Türk mediası Cavanşir Məmmədovun ölümündən yazdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün vəfat edib. Axşam.az-ın məlumatına görə, bu barədə türk mediasında da xəbərlər dərc olunub. Məlumatda Azərbaycanın tanınmış sənətçilərindən biri Cavanşir Məmmədovun 70 yaşında evində ürəktutmasından dünyasını dəyişdiyi əks olunub. Həmçini

21.04.2024 778
.

Aygün Kazımovadan daha bir DİQQƏTÇƏKƏN YENİLİK

Xalq artisti Aygün Kazımova yeniliyi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, Pop kraliça məclislərdəki çıxışına yenilik qatıb. Belə ki, ölkənin əsas ulduzu məclislərə rəqqaslarlar birlikdə gedir. Rəqsləri, musiqiçiləri ilə toy səhnəsini əsl konsertə çevirən Kazımovanın bu yeniliyi də maraqla qarşılanı

21.04.2024 9427
.

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər

"Allah bircə balasını saxlasın, toy qismət eləsin. Allah onun sənət, həyat yolunu hamar etsin. Gözəl qadındır. Gözəlliyinə uyğun daha da gözəl həyat yaşasın". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev illərdir küsülü olduğu həmkarı Brilliant Dadaşova ilə bağlı suala cava

24.04.2024 1033
.

Aparıcı ilə xanəndə arasında qalmaqal

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Lətafət Ələkbərova arasında qalmaqal yaşanıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, bir neçə müddətdir fəaliyyətini MTV-də davam etdirən L.Ələkbərova "Lətafətin mətbəxi" proqramına xanəndəni qonaq çağırıb. O isə gələcəyini desə də, proqrama qatılmayıb

22.04.2024 2888
.

"Evlənmərəm" deyib böyük danışıram" - Simge

Mənim kimi öz ayaqları üstündə dura bilən qadınlar sadəcə bəyəndiyi və seçdiyi kişilərlə münasibət qurur. xəbər verir ki, bu sözləri türkiyəli müğənni simge deyib. O qeyd edib ki, evliliyi istisna etmir:. "Evlənmərəm" deyib böyük danışıram. Amma hər şeyə açığam. Surprizləri sevirəm"

25.04.2024 461
.

"İstirahətə pulsuz gedirik"

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:. "Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimi

25.04.2024 1107
.

Devid Bekhem aktyoru məhkəməyə verdi - 10 milyon təzminat tələbi

Devid Bekhem aktyor Mark Uolberqi məhkəməyə verib, 10 milyon dollar təzminat tələb edir. -ın xarici mediaya istinadən xəbərinə görə, Devid Bekhem fırıldaqçılıq ittihamı ilə aktyor Mark Uolberqi və F45-in yaradıcılarını məhkəməyə verir. Bekhem əvvəlcə qolf əfsanəsi Qreq Normanla birləşərək F45-ə qarş

22.04.2024 559