"ƏDV geri al" ilə bağlı YENİ XƏBƏR

"ƏDV geri al" ilə bağlı YENİ XƏBƏR2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, "Kapital Bank" və "Azərbaycan Beynəlxalq Bankı"nın maliyyə partnyorları olduğu, biznes ictimaiyyəti və vətəndaşlar tərəfindən rəğbətlə qarşılanan layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, 2020-ci ilin may ayından etibarən bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (www.edvgerial.az) 1 milyon 340 mindən çox istifadəçi qeydə alınıb.

"ƏDV geri al" layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin 1-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank üzrə ümumilikdə 147.111.792 çek üzrə 60.192.462 manat ƏDV məbləği geri qaytarılıb. 2021-ci ilin 1-ci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib.

Belə ki, əgər yanvar ayında portalda qeydiyyatdan keçmiş 779.018 istehlakçı sistemə çek əlavə etmişdisə, mart ayında bu rəqəm 1.026.757 nəfərə çatıb ki, bu da "ƏDV geri al" layihəsinə olan marağın sürətlə artmasını göstərir.

Bütövlükdə, 2021-ci ilin 1-ci rübü ərzində 67.101.388 kassa çeki üzrə 26.770.074 manat ƏDV məbləği istehlakçılara geri qaytarılıb.

Xatırladaq ki, qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir.

İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır.

Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir.

ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir.

Həmçinin, "Kapital Bank"ın BirBank və ya "Azərbaycan Beynəlxalq Bankı"nın "Iba mobile" tətbiqlərinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.

İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqlənməsi istehlakçının elektron kabinetində dərhal əks olunur.

ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi müvəkkil banklar tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual "pul qabı"na yerləşdirilir.

İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.

Qeyd edilməlidir ki, Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur ki, bu məlumatlara vətəndaşlar tərəfindən diqqət yetirilməlidir.

Fiskal çeklərdə məhsulun adının qeyd olunmaması, çeklərin ümumi tələblərə uyğun olmaması (malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin məbləği); nəzarət-kassa aparatının markası və zavod nömrəsi; nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti); malın sürətli məlumat kodu (Quick Response Code) və s.) ƏDV-nin geri alınması üçün müraciətə imtinaya səbəb ola bilər.

Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2559   Tarix: 19 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qubada avtobus ananı vurub öldürdü, övladı yaralandı

Qubada sərnişin avtobusu ana və övladını vurub. APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 27 yaşlı İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

18.12.2025 243
.

"Qala Sığorta" yanan BMW-yə sığorta ödəməyəcək: "Sürücü tamaşa edib..."

Bu ilin iyul ayında Goranboy rayonu, Qazanbulaq qəsəbəsində 77-LC-074 dövlət nömrə nişanlı "BMW 535i" markalı avtomobilin yanmasına görə "Qala Sığorta" Açıq Səhimdar Cəmiyyəti (ASC) sığorta ödənişi etməyəcək. Qaynarinfo-nun məlumatına görə, bu barədə məhkəmə qərar verib. 1995-ci təvəllüdl

18.12.2025 276
.

Bu ərazilərdə 13° şaxta olacaq

Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq

18.12.2025 262
.

"Hazırda "bomj" kimi bir həyat yaşayıram..."

"Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq. Bəlkə də. Bilmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov -a müsahibəsində deyib. Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmamas

18.12.2025 355
.

Türkiyədə iki azərbaycanlıya 30 il HƏBS CƏZASI verildi

Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan azərbaycanlılara hökm oxunub. yerli mediaya istinadla bildirir ki, Alanya Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 39 yaşlı Tamerlan A. və 36 yaşlı Yunus T.-nin hər birinə 15 il həbs, eləcə də 250 min lirə cərimə cəzası verilib. Digər təqsirləndirilə

18.12.2025 182
.

Nigar Fərhadla bağlı daha bir QALMAQAL

Bir müddət əvvəl səsləndirdiyi qalmaqallı fikirləri ilə gündəm olan aparıcı Nigar Fərhadın rəhbəri olduğu şirkət müştərinin ödənişini qaytarmır. Bizim.Media -a istinadən xəbər verir ki, bu iddia ilə bağlı müştəri "Facebook" sosial şəbəkəsində paylaşım edib. Paylaşımda qeyd olunur ki, o, "AI

18.12.2025 284
.

Bakıda narkotik satan ailəyə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışını təşkil edən ailə üzvləri: Hümbət Cəfərov, oğlu Əli və qızı Şəlalənin cinayət işi üzrə keçirilən məhkəmə iclasında hökm oxunub. xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə Cəfərov Hümbətin 11 il, Cəfərov Əlinin 9 il, Cəfərov

18.12.2025 185
.

Avropa Rusiyaya xəbərdarlıq etdi

Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə

18.12.2025 211
.

Natiq Fərzəliyev balaca boyluların teatrını yaratdı - Azərbaycanda ilk

Azərbaycanda yeni teatr yaradılıb. "Bakı Karlik" adlanan bu teatrda balaca boylu aktyorlar cəmləşib. Teatrın direktoru aktyor Natiq Fərzəliyevdir. Direktor Qaynarinfo-ya bildirib ki, teatrda ilk olaraq "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovu

18.12.2025 284
.

TOP MP3