Xatirə İslam və həyat yoldaşının SON VƏZİYYƏTİ AÇIQLANDI

Xatirə İslam və həyat yoldaşının SON VƏZİYYƏTİ AÇIQLANDIKoronavirus olduğu üçün aprelin 15-də xəstəxanaya yerləşdirilən müğənni Xatirə İslam və onun həyat yoldaşı Fəxrədddin Musazadədən xəbər var.

Bakı Sağlamlıq Mərkəzindən Lent.az-a verilən məlumata görə, hər iki şəxsin vəziyyəti normaldır:

"Xatirə xanımın vəziyyəti yaxşıdır. Yoldaşı Fəxrəddin bəyin vəziyyəti isə yaxşılığa doğru irəliləyir. Xəstəliklərinə uyğun müalicələri davam etdirilir. Onların nə vaxt evə buraxılacağı hələ dəqiq deyil".

Qeyd edək ki, aprelin 16-da Bakı Sağlamlıq Mərkəzindən Lent.az-a verilən məlumatda X.İslamın səhhətinin orta ağırlıqda, F.Musazadənin vəziyyətinin isə ağır olduğu bildirilmişdi:

"Sevilən müğənnimiz Xatirə (İslam) Əzizova və həyat yoldaşı Fəxrəddin Musazadə dünən gecə Bakı Sağlamlıq Mərkəzinin İnfeksion COVID-19 şöbəsinə "Viral pnevmoniya" diaqnozu ilə qəbul edilib. Xatirə Əzizovanın vəziyyəti orta ağırlıqda, Fəxrəddin Musazadənin vəziyyəti isə ağır olaraq qiymətləndirilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3153   Tarix: 19 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş