"Bədən quruluşumu paylaşanda daha çox izlənilir" - VİDEO

"Bədən quruluşumu paylaşanda daha çox izlənilir" - VİDEOMüğənni Roza Zərgərli "ATV maqazin onlarla" verilişinin "33 Sual" rubrikasının qonağı olub.

BiG.AZ xəbər verir ki, veriliş zamanı müğənni bir sıra şok açıqlamaları ilə gündəm yaradıb. Aparıcı Ruslanın "hansı paylaşımların daha çox izlənilir?" sualına Roza özünəməxsus cavab verib:

"Zahiri görünüşüm, bədən quruluşumu paylaşanda daha çox izlənilir. Ona görə mən də son vaxtlar ortalama paylaşıram. Çox reytinqli paylaşımlar etmək istəmirəm çünki artıq hamı Roza Zərgərli oldu. Röya da bunu dedi ki, hamı bir-birinə oxşayır. Amma bir söz demədi ki, hamı özünü Rozaya oxşadır. Yəni mən ana Rozayam onlar da bala Roza olmaq istəyirlər. Vücudumdan ömür boyu narazı olmuşam. Çünki hamı qısa ətək, şortik, bodi geyinəndə mən geyinə bilmirdim. O vaxtı Cenifer Lopezi hər kəs bədən quruluşuna görə lağa qoyurdu. Amma indi bütün dünya onun bədəninə baxır və onun kimi olmaq istəyir. Onda Cenifer çox kök idi sonra arıqladı. Amma onda original deyil. Eyni ilə burda. Vücudum hər zmaan belə olub. Və hər zaman belə bir nalayiq söz varidi ki, sənət adamları haqqımda işlədirdi "bunun bədəni nə boydadı?" Amma üstündən 15-16 il keçdi eyni o insanlar gedib bala Roza olublar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2176   Tarix: 19 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş