"Azərbaycanda avtomobil idarə edən 3 xanım var idi, mən, Flora Kərimova və..."

"Azərbaycanda avtomobil idarə edən 3 xanım var idi, mən, Flora Kərimova və..."45 ildən çoxdur ki, sükan arxasındayam. O vaxt avtomobil idarə edən 3 xanım var idi, mən, Flora Kərimova və Əminə Yusifqızı. Aktrisalar içərisində ilk avtomobili mən sürmüşəm. Sürücülük həvəsi məndə ehtiyacdan yaranıb. Belə ki, həyat yoldaşım xəstə idi, məcbur idim ki, bütün evin işini mən görüm. Övladlarımı məktəbə, bağçaya aparıb qoyurdum. O vaxt mənə yaxşı da baxan var idi, pis də. Deyirdilər ki, buna bax, əri maşın sürməyə icazə verib. Ailəm üçün istifadə etdim maşından, uşaqlarımızı böyütdük, elə bilin ki, bu bizim ikinci köməkçimiz idi. Yoldaşımı işə aparıb qoyurdum, evə bazarlıq edirdim. Dükan-bazar hamısı üstümdə idi. Elə gün olub ki, 300 kilometr maşın sürmüşəm

BiG.AZ bildirir ki, bunu moderator.az-a açıqlamasında aktrisa Məsumə Babayeva bildirib. Aktrisa avtomobildən uzaq düşməsinin səbəblərindən də danışıb.

"Yadımdadır, o vaxt avtomobilimi həyat yoldaşımla birlikdə almışdım. Maşını o qədər çox sevirdim ki, heç vaxt ağlıma gəlməzdi ki, ondan bu qədər uzaq qalacam. İndi isə sevmirəm, nifrət edirəm. İndikindən uzaq, nəvəm avtomobil qəzasında dünyasını dəyişəndən sonra maşına əzrail gözü ilə baxıram. Hər il dünyada, ölkəmizdə avtomobil minlərlə insanların həyatına son qoyur. İndi maşınsızam, ya avtobusdan, ya da taksidən istifadə edirəm. Vaxtilə mənə çox yaxın yoldaş olan olan maşın indi mənim düşmənimdir. Bundan sonra avtomobil idarə etməyi düşünmürəm" deyə aktrisa bildirib.

Aktrisa hal-hazırda Gənc Tamaşaçılar Teatrında çalışdığın bildirib.

"Biz sənətçilər sənətsiz yaşaya bilmərik. Hal-hazırda pandemiya hökm sürür. Mən teatrda müqavilə ilə çalışıram. Zəng edirlər ki, Məsumə xanım sabaha tamaşanız var, mən də onda gedirəm. Teatrların pərdələri tamaşaçı üçün darıxıb. Mən teatra gələndən fəaliyyətdə olmuşam. İstedadıma görə işlərim də çox olub. Hər zaman da teatrda baş rollar, xarakterik obrazları canlandırmışam. Öncə oğlan, sonra isə ana və nənə rolları. Hər zaman tələb olunan aktrisa olmuşam. İş olanda yaşama stimulum artır" deyə Məsumə Babayeva deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 13197   Tarix: 18 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu da Ülviranın modelə bənzəyən qızı - Gözəlliyi ilə HEYRAN EDİR - FOTO

Aparıcı Ülvira Qarayeva sosial media hesabında paylaşım edib. xəbər verir ki, sənətçi "instagram" hesabında qızı Zeynəbin fotosunu izləyiciləri ilə bölüşüb. Paylaşım izləyicilərin marağına səbəb olub. Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır

04.05.2024 1067
.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub

05.05.2024 704
.

Britni Spirsi sevgilisi döyüb?

Müğənni Britni Spirs bu günlərdə sevgilisi tərəfindən döyülmə xəbəri ilə gündəmə gəlib. Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl mediada məşhurun ​​Los-Ancelesdəki "Chateau Marmont" otelində keçmiş sevgilisi ilə dava salması və ayağından xəsarət alması barədə məlumatlar yayılmışdı. "TMZ"

04.05.2024 302
.

Elçinlə Aydan BARIŞDI - FOTO

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. OLAY-ın əldə etdiyi məlumata görə, Elçin instaqramda xanımı Aydan Rüstəmxanlını yenidən izləməyə başlayıb. Barışığın təsdiqi kimi isə digər diqqətçəkən detal Elçinin qaynı Cəmil Rüstəmxanlı ilə birgə foto paylaşmas

04.05.2024 931
.

"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"

"Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə demirəm". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı "Həmin Zaur" verilişində deyib. O bildirib ki, artıq meyxana deməyəcək. İfaçı aparıcı Zaur Kamalın "10 min versəm meyxana deməyəcəksən"

04.05.2024 578
.

"Ərimi bu xanımlara qısqanıram, gözü qaça bilər..." - VİDEO

Müğənni Qumral ərini açıq-saçıq geyimli xanımlara qısqandığını bildirib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. İfaçı ərinin geyimlərinə bəzən irad tutduğunu da açıqlayıb:. "Bəzən həyat yoldaşım geyimlərimə qarışır, deyir ki, bunu geyinmə

04.05.2024 953
.

Bella Hadid sevgilisi ilə görüntüləndi - Foto

Məşhur ulduz Bella Hadid sevgilisi ilə görüntülənib. Axşam.az xəbər verir ki, model təxminən bir il əvvəl xroniki xəstəliyinin şiddətlənməsindən sonra karyerasına fasilə verib. Lakin bu yaxınlarda o, yeni məhsulunu təqdim edib. Bella və onun kovboy sevgilisi Adan Banuelos Nyu-Yorka öz brendi "Orebella"nı

04.05.2024 459
.

Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib

Türkiyəli müğənni Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib. xəbər verir ki, müğənni sosial şəbəkədə 2015-ci il Kolumbiya gözəli həyat yoldaşı Madelein Iopez ilə toy şəklini paylaşıb. "43-cü ayımız ailəmizə xeyirli olsun, canım yoldaşım" ,- deyə o bildirib

04.05.2024 473
.

"Yalı çapkını"na vida edəcək

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövsümün sonunda "Pelin" obrazına həyat verən aktrisa Buçe Buse layihəyə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

04.05.2024 644