Niderlandda dini qalmaqal: "Müsəlmanlar diri-diri yandırılmalıdır"

Niderlandda dini qalmaqal: "Müsəlmanlar diri-diri yandırılmalıdır"Niderlandın Almer şəhərində Ömər İbn Əl Xəttab Camisinə hədə-qorxu məktubu göndərilib.

Bu barədə "Haber7" məlumat yayıb.

"Müsəlmanlar günahkardır və diri-diri yandırılmalıdırlar. Bütün farslar və türklər ölkəni tərk etməlidirlər, yoxsa Auşvitzdəki yəhudilər kimi qazla boğulacaqlar. Yaşasın Zəfər. Adolf Hitler hələ yaşayır", - deyə məktubda qeyd olunub.

Məktub camiyə gələnlərdə təşviş yaradıb.

Qeyd edilir ki, sözügedən cami son altı ildə üç dəfə hücuma məruz qalıb.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 490   Tarix: 11 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş