Şou-biznesin imanlıları

Şou-biznes nümayəndələri arasında sorğu keçirərək, kimlərin "Allaha imanlı" sənətçi olduğunu öyrəndi.

Şou-biznesin ən imanlı müğənnisi İzzət Bağırovdur ki, o artıq bu yolda "baş ağardıb". İzzət namaz qılan, oruc tutan müsəlmanlardandır. Azərbaycandakı dini ocaqlarla yanaşı, Kərbəla, Həcc ziyarətlərində də olub və onu Hacı İzzət deyə çağırırlar.
Şou-biznesin imanlılarıAllaha çox inanan Aygün Kazımova namaz qılmır, amma müqəddəs ziyarətgahlara tez-tez baş çəkir. Ən çox üz tutduğu müqəddəs məkan isə Mir Möhsün Ağa ziyarətgahıdır.

Şou-biznesin imanlılarıFaiq Ağayevin anası Səfiyə xanım dindar xanımdır və İslam qaydalarına uyğun olaraq, örtünür. Lakin Faiq yaradıcılıq işlərinin bolluğundan dinlə məşğul olmur. Amma vaxt tapdıqca ölkədəki müqəddəs yerləri ziyarət edir.

Şou-biznesin imanlılarıZülfiyyə Xanbabayeva namaz qılmasa da, müqəddəs yerləri ziyarət edir.

Şou-biznesin imanlıları
Brilliant Dadaşova
namaz qılan, oruc tutan müğənnilərimizdəndir. Eşitdiyimizə görə, Brilliant xanım hətta müqəddəs kitabımız olan Quranı əzbərdən oxuya bilir. Xeyirxah işlərlə məşğul olan bu xanımın əlindən Quran düşmür.

Şou-biznesin imanlılarıRöya da Allaha inanan, ondan əlini üzməyən sənətçilərdəndir. Röya bacardığı qədər müqəddəs yerləri gəzir, qurbanlar kəsir. Onu da deyək ki, Röyanın anası Telli xanım da namaz qılıb, oruc tutur və o, İslam adətlərinə uyğun olaraq, başını bağlayır.
Şou-biznesin imanlılarıNisə Qasımova artıq neçə ildir, namaz qılıb, oruc tutur. Nisə xanım Azərbaycanın demək olar ki, bütün müqəddəs yerlərini ziyarət edib.

Şou-biznesin imanlılarıNazpəri Dostəliyeva da namazı bilir, lakin hər gün deyil, Ramazan ayında, ziyarətgahlarda olarkən qılır. Bütün ziyarətgahları gəzən, dinə bağlı olan bu xanım Ramazan ayında evində hər gün iftar süfrəsi açır.
Şou-biznesin imanlılarıXuraman Şuşalı əvvəllər namaz qılsa da, son aylar ibadətini dayandırıb. Buna səbəb, yaradıcılıq işlərinin və toylarının çox olmasıdır. Onun fikrincə, "namaz qılan xanım içki məclisində görünməməlidir axı?!"

Şou-biznesin imanlılarıMüğənni Səidə Sultanla Elnur gündəlik ibadət etməsələr də, oruc tutmağı bacarırlar.
Şou-biznesin imanlıları"Şeron Qrupu"nun rəhbəri Rüstəm Zeynallı dinlə məşğul olur və o, namaz qılır.

Şou-biznesin imanlılarıBəstəkar Vüqar Camalzadə Həcc ziyarətində olub, onun həmkarı aranjemançı Mahir isə hazırda Həcc ziyarətinə yollanıb.
Şou-biznesin imanlılarıMüğənni Kərim də dinlə məşğul olur, lakin bu haqda danışıb, reklam olunmaq istəmir. Onun sözlərinə görə, əgər kimsə dinlə məşğul olub, bunu reklam edirsə, haram iş görür.

Şou-biznesin imanlılarıMüğənni və təşkilatçı Ruhiyə də Həcc ziyarətinə getmək nəsib olub. Sənətçi ziyarətlərində Allahdan ana olmağı arzulayır.

Qarmon ifaçısı Gövhər Rzayeva, müğənnilərdən Bəsti Sevdiyeva, Zöhrə Abdullayeva da "Hacıxanım"lardandır.

Müğənni Xatun vaxtı ilə musiqi ilə bərabər, dinlə də məşğul olub, lakin sonradan onların ikisini bir əldə tutmağı bacarmayıb.

Şou-biznesin imanlılarıEyyub Yaqubov da namaz qılıb, oruc tutan müğənnidir.

Şou-biznesin imanlılarıAbbas Bağırov, İlqar Muradov isə Ramazan ayında oruc tuturlar.

Şou-biznesin imanlılarıMüğənni Azərin də bir neçə ildir, namaz qılıb, oruc tutur.

Şou-biznesin imanlılarıMənbə: Lent Az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 17003   Tarix: 01 dekabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355