Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandıOğuz şəhər 3 saylı məktəb-lisey bağlanıb.

BiG.AZ xəbər verir ki, buna səbəb tədris ocağının 5 müəllim və 2 texniki işçisində koronavirus aşkarlanmasıdır.

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov bildirib ki, məktəb iki həftə bağlı qalacaq.

Hazırda məktəbdə dərslər onlayn qaydada keçirilir.

Qeyd edək ki, bir müddət əvvəl Qax rayonunda 2, 4 və 5 saylı orta məktəblərin koronavirus səbəbindən bağlandığına dair məlumat yayılıb./"Report"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 767   Tarix: 08 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş