Karantin sərtləşdirilərsə hansı qadağalar olacaq?- AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı artma dinamikası ilə davam edir. Hazırda dünyada olduğu kimi Azərbaycanda da pandemiyanın 3-cü dalğası yaşanır. Bu gün hər kəsi maraqlandıran məsələlərdən biri də yoluxmaların və ölənlərin sayının artması səbəbiləkarantinin sərtləşdirilməsi məsələsidir.
Bununla bağlı tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl BiG.AZ-a açıqlama verib.
"Qapıdılmara gedilmə koronavirusa yoluxmuş aktiv xəstələrin sayına görə olur. İkinci dalğada Azərbaycanda aktiv yoluxmuş xəstə sayı 60 min olandan sonra qapadılmalara gedildi. Hazırda isə Azərbaycanda koronavirusa yoluxmuş aktiv xəstələrin sayı 28 min civarındadır. Hələki hər hansısa qapadılmaya ehtiyac yoxdur."
Aysel Səmədli
BiG.Az


Xəbərlər Baxılıb: 3498 Tarix: 08 aprel 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş