"Özünə gəl, şəxsimə toxunma" - Səidədən Röyaya qalmaqallı sözlər

"Özünə gəl, şəxsimə toxunma" - Səidədən Röyaya qalmaqallı sözlər"Ağac bar verdikcə, başını aşağı əyər. Bəziləri kimi tamaşaçı sevgisindən qudurmuram. Adım çəkiləndə özlərinə qəribə gəlir ki, qaşı, üzüyü düşər. Üçü də bu vaxta kimi qərara gələ bilməyib ki, məni sənətə kim gətirib: hamısı deyir Səidəni səhnəyə mən gətirmişəm. Ay qızlar, bacılar, analar, üçünüz də anasınız, məni səhnəyə siz gətirməmisiniz. Yolu açan Allahdır, özüm öz gücümə Səidə Sultan olmuşam. Danışanda, özünüzə gəlin, eqonuzu aşağı qoyun".

BiG.AZ xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "10-da görüşək" proqramında deyib. Sənətçi həmkarları Röya Ayxan, Natavan Həbibi və Elnarə Xəlilova haqda qalmaqallı sözlər deyib. O bildirib ki, hər üç ifaçı ilə arasındakı dostluq bitib.

Səidə daha çox Röya ilə qalmaqal yaşadığını açıqlayıb:

"Bunlar mənə çatmır. O birilərlə çox da işim yoxdur. Amma bir əsası var, ana qarğa, sevmirəm onu, "tripaş" insanı sevmirəm. Onunla axıra qədər gedərəm, ya ona, ya mənə verən Allah. Sevməmişəm, sevməyəcəm də. İnsan bir sadə olar. Xalqın sevgisini qazanandan sonra camaata minnət qoyub, özünüzü dartmayın. Gözüm aydın Xalq artistisən, mən də Sultanam. Danışığınıza fikir verin, özünə gəl. "Əlimdən tutub gətirib" - bu nə sözdür? Sənin özünün əlindən tutub gətirən olub, mənim olmayıb. Elə bil 80 yaşı var, məni gətirib.

Kimsə mənimlə dava etmək istəyirsə, şəxsimə keçməsin. Mediaya gizli sısdırırsan ki, Səidəyə ləkə olsun. Elə mövzular var ki, insana yapışmır. Mənim özümlə dalaşmırsan".

Səidə bildirib ki, Röya ilə arasındakı mübahisənin bənzər fotosessiyadan sonra başladığını deyib:

"Hər şey geyimdən başladı. Şəkillər çıxanda çoxu göndərdi ki, bənzəyir. Hətta media paylaşdı ki, Səidə Sultanla eynidir. Bu da eqodur, özünə sığışdırmır ki, özünü kiməsə oxşatsın. Axı deyir, mənəm mən. Sonra başladı hamıdan sildirməyə. Fikirləşdim ki, mənim fotom olsaydı, bütün mətbuat yazacaqdı Səidə özünü ona oxşatdı, silinməyəcəkdi. İndi Səidənin adı var deyə, sildirirsən. Mən də götürüb öz səhifəmdə paylaşdım.

Üçünün də gözəl səsi var, sənətinə sözüm ola bilməz. Vaqif Gərayzadənin seçdiyi insanlar uğursuz ola bilməz. O, bilir kimi qabağa verir. Amma şəxsiyə toxunmaq olmaz. Onu udmaram. Əlimdən tutub səhnəyə gətirsələr, deyərəm, utanmaram. Özüm əziyyət çəkmişəm, oxumuşam, qabiliyyət imtahanından keçmişəm, universitetə qədər girib oxumuşam. Sən kimsən mənim əlimdən tutub səhnəyə gətirəsən. Məndən bir bayram böyüksən"./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2469   Tarix: 08 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram"da yeni görüntüsünü paylaşıb. Xalq artisti mini geyimdə cazibədar görünüşü ilə diqqət çəkib. Görüntülərə xeyli sayda bəyəni gəlib. Həmin paylaşımı təqdim edirik:

05.05.2024 6603
.

Akif İslamzadədən qalmaqallı açıqlama - "Aparıcıların çoxu qadındır"

Xalq artisti Akif İslamzadə "Mirinin dibçəyi" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, ifaçı açıqlamasında "Mədəniyyət" telekanalı tənqid edib:. "Efirlərə məni dəvət edirlər. Bu yaxınlarda "Mədəniyyət" telekanalından dəvət aldım, Hacıbaba Hüseynovun ölümünü

05.05.2024 420
.

Aygün Bəylərin yaxınları tiktoker Ləmanı polisə şikayət etdi

Mərhum Əməkdar artist Aygün Bəylərin ailəsi tiktoker Ləman Vəliyeva ilə bağlı polisə şikayət edib. Axşam.az xəbər verir ki, buna səbəb tiktokerin xanəndə ilə bağlı canlı yayımda qeyri-etik ifadə işlətməsi olub. "Biri var, Aygün Kazımovaya udursan, biri də var Aygün Bəylərə uduzursan" deyən

07.05.2024 1086
.

Vəfa yol hərəkət qaydasını pozduğunu açıqladı

Müğənni Vəfa Şərifova paylaşımı ilə müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, instaqramında video yayımlayan sənətçi özü də bilmədən yol hərəkət qaydalarını pozduğunu etiraf edib. Videoda Rusiyada olan Vəfanın maşınla getdiyi və kəmər taxdığı əks olunub. O, yanındakı xanımın təkidi ilə kəmə

06.05.2024 449
.

Ədalət Şükürovla xanımı - Foto

Xəbər verdiyimiz kimi, Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyu olub. Axşam.az-ın məlumatına görə, müğənni xanımı ilə obyektivlərə tuş gəlib. Ə.Şükürovun həyat yoldaşı ilə fotosunu təqdim edirik:. Qeyd edək ki, Jalə Ənvər adlı bəylə ailə qurub. Ə.Şükürovun Emil adlı oğul övladı da var

06.05.2024 1687
.

"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - Video

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və aktrisa Solmaz Hətəmova "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar. Axşam.az xəbər verir ki, 1964-cü ildə yayımlanan "Sehrli xalat" filminin aktyorları ekran işində necə rol aldıqlarından danışıblar. S.Hətəmova filmdə "Zərifə"

05.05.2024 438
.

Hüseyn Həsənov Ədalət Şükürovun qızının toyunda

Rusiyada populyarlaşan bloger Hüseyn Həsənov Əməkdar artist Ədalət Şükürovun qızının toyunda iştirak edib. OLAY yazır ki, Hüseyn Jalənin xoş günündə yer alıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, Jalə bir neçə gün öncə Ənvər adlı bəylə ailə qurub

07.05.2024 866
.

Rəqsanənin bu fotosu MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU

Müğənni Rəqsanə İsmayılovanın paylaşımı müzakirələrə səbəb olub. BİG.AZ xəbər verir ki, müğənni sosial mediada açıq-saçıq geyimdə yeni fotosunu paylaşıb. Foto bəzi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Paylaşımı təqdim edirik:

05.05.2024 1843
.

"Qazaxa gedə bilmirəm"

Əməkdar artist Xumar Qədimova açıqlaması ilə diqqət çəkib. OLAY yazır ki, sənətçi bu barədə "Rəngarəng səhər" verilişində danışıb. O bildirib ki, son illər doğulduğu Qazax rayonuna gedə bilmir:. "Qazaxda doğulmuşam. Qazaxımı dana bilmərəm. Mənim üçün həm sevinc, həm kədərdir. Son illə

06.05.2024 1257