Gimnastlarımız Dünya Kubokunda ikinci yeri tutub

Gimnastlarımız Dünya Kubokunda ikinci yeri tutubSofiyada (Bolqarıstan) keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycan komandası qrup hərəkətlərində çoxnövçülükdə ikinci yeri tutub (70, 950 xal).

Trend-in məlumatına görə, çoxnövçülükdə birinci yeri Bolqarıstan (84,350 xal), üçüncü yeri Yaponiya komandası (70,650 xal) tutub.

Yarışın ikinci günü 3 halqa və 2 cüt gürzlərlə proqramında çıxışa görə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Daria Sorokinadan ibarət Azərbaycan komandası hakimlər briqadasından 33, 500 xal alaraq Kubokun finalına çıxıb.

Xatırladaq ki, yarışın ilk gününün nəticələrindən sonra qrup hərəkətlərində Azərbaycan komandası 37,450 xalla 5 topla hərəkətlərdə Kubokun finalına çıxdı.

Dünya Kuboku Sofiyada 26-28 Mart tarixlərində baş tutur. Bu gün, yarışın ikinci günü, gimnastlar fərdi proqramda da çıxış ediblər. Onlar gürzlər və lent ilə hərəkətlərdə kompozisiyalarını təqdim ediblər.

Azərbaycanı fərdi proqramda iki gimnast təmsil edib - Nərminə Səmədova və Arzu Cəlilova. Gürzlərlə hərəkətlərdə Nərminə Səmədova 18.700 xal, lent ilə hərəkətlərdə isə 18.150 xal alıb. Arzu Cəlilova öz növbəsində gürzlər ilə hərəkətlərdə 14.450 xal, lent hərəkətlərdə isə 17.750 xal toplayıb.

Azərbaycanı fərdi proqramda təmsil edən gimnastlar finala çıxa bilməyiblər.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 805   Tarix: 27 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün

29.08.2021 834