Nesta istefaya göndərildi
İtaliyanın "Frozinone" klubu baş məşqçisi Alessandro Nestanı istefaya göndərib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Onunla birlikdə köməkçiləri də klubdan ayrılıb.
Qeyd edək ki, "Frozinone" B seriyasında son 18 matçın cəmi 2-də qələbə qazanıb. Komanda turnir cədvəlində 12-ci pilləyə düşüb.
Xatırladaq ki, "Milan" və İtaliya millisinin keçmiş müdafiəçisi Nesta 2019-cu ilin iyunundan "Frozinone"ni çalışdırırdı.
BiG.Az


İdman Baxılıb: 526 Tarix: 23 mart 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş