180 milyon üçün ərindən rəsmi boşandı

180 milyon üçün ərindən rəsmi boşandıMüğənni Adel həyat yoldaşı Simon Koneklə rəsmi olaraq boşanıb.

BiG.AZ Axşam.az-a istinadən bildirir ki, 32 yaşlı sənətçi uzun müddətdir əri ilə ayrı yaşasa da, 180 milyon dollarlıq sərvəti bölmək üçün 2019-cu ilin aprelindən məhkəməyə müraciət edib.

Angelo adlı oğulu olan cütlük ötən gün baş tutan məhkəmədə rəsmi şəkildə yollarını ayırıb. Onlar ayrılıq səbəbi kimi artıq yola getmədiklərini, bu səbəblə də boşanmaq istədiklərini bildiriblər.

Qeyd edək ki, Adellə Simon 2012-ci ildə gizli şəkildə evləniblər. Müğənni ailə həyatı qurduğunu 2017-ci ildə keçirilən "Grammy" musiqi mükafatlarının təqdimat mərasimində təsdiqləyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1180   Tarix: 05 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş