Bill Qeytsdən pandemiyanın bitəcəyi vaxt ilə bağlı AÇIQLAMA

Bill Qeytsdən pandemiyanın bitəcəyi vaxt ilə bağlı AÇIQLAMA"Microsoft" şirkətinin qurucusu, milyarder Bill Qeyts koronavirus pandemiyasının bitmə vaxtı ilə bağlı proqnozunu açıqlayıb.

BiG.AZ Unikal.org-a istinadən xəbər verir ki, Bill Qeytsin fikrincə, dünya 2022-ci ilə qədər normal vəziyyətə qayıda bilər.

"Problem ondadır ki, biz bütün planetdə pandemiyanın bitməsi üçün yetəri qədər səy göstərmirik", - deyə Qeyts bildirib.

Onun sözlərinə görə, ABŞ artıq payız aylarında normal vəziyyətə qayıdacaq. Ölkədə bütün məktəblər açılacaq, restoranlar fəaliyyətini qismən bərpa edəcək və idman tədbirləri keçiriləcək.

İş adamı hesab edir ki, pandemiya üzərində qələbə qazanmaq üçün vaksinasiya məsələsində bütün dünyaya yardım etmək lazımdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2078   Tarix: 01 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş