Rəmişin həyat yoldaşı: "Məni içəri buraxmırlar"

Rəmişin həyat yoldaşı: "Məni içəri buraxmırlar"Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi davam edir.

BiG.AZ xəbər verir ki, bu barədə Kult.az-a açıqlamasında Rafiq Hüseynovun həyat yoldaşı Güllü Hüseynova deyib.

"Palataya nə zaman köçürüləcəyini bilmirəm. Həkimlər hələ bir söz demir. Reanimasiyada olduğuna görə məni içəri buraxmırlar. Səhərlər yalnız qapıdan baxıb gedirəm", - o bildirib.

Qeyd edək ki, xalq artistinin müalicəsi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəzarətindədir.Medicina.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1719   Tarix: 23 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş