"Allah heç bir bacıya qardaş dağı göstərməsin" - Fotolar
Xəbər verdiyimiz kimi, Xalq artisti Yalçın Rzazadə ilə evində vida mərasimi keçirilib.
BiG.AZ xəbər verir ki, mərhum müğənnini bacısı Gülnaz xanım Axşam.az-a açıqlamasında qardaşından danışarkən halı pisləşib. O bildirib ki, tək istəkləri Yalçın Rzazadənin səsinin unudulmamasıdır:
"Rəbbim, bu dağı mənə çəkdi. Nəfəsim, qardaşım getdi. Məni qoyub hara getdi. Gözəl, gözəl qardaşım getdi. Allah heç bir bacıya qardaş dağı göstərməsin. Onu hara aparırlar. Qardaşım xəstə olanda Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Türkiyəyə aparıldı. Yüksək səviyyədə müalicəsi edildi. İndi tək diləyimiz qardaşımın səsi unudulmasın".
BiG.Az


Şou biznes Baxılıb: 3883 Tarix: 23 fevral 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş