Həbsxanadan çıxdıqdan 20 dəqiqə sonra 16 yaşlı qızı QARƏT ETDİ

Həbsxanadan çıxdıqdan 20 dəqiqə sonra 16 yaşlı qızı QARƏT ETDİABŞ-ın Spokan şəhərində 31 yaşlı məhbus Markus Qudmen həbsxanadan çıxdıqdan 20 dəqiqə sonra bir qızın maşınını qaçırdıb.

BiG.AZ xəbər verir ki, bu barədə "ABC News" yazır.

Belə ki, o, 16 yaşlı bir qıza yaxınlaşaraq tapança ilə hədələyib və ondan maşınını verməsini tələb edib.

Qudmen avtomobilə minərək hadisə yerindən uzaqlaşıb.

Qız polisə xəbər verdikdən sonra cinayətkar yenidən axtarışa verilib və iki saat sonra tapılaraq soyğunçuluq ittihamıyla həbsxanaya qaytarılıb.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 764   Tarix: 18 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş