100 karatlıq brilyanta bu peyvəndin adı verildi
Şimali Yakutiya yataqlarında açıq-sarı rəngdə böyük brilyant çıxarılıb.
BiG.AZ xəbər verir ki, qiymətli daş oktaedr (həndəsi fiqur) formasındadır və onun çəkisi 100,53 karatdır. Brilyanta Rusiyada hazırlanan koronovirus peyvəndinin şərəfinə "Sputnik V" adı verilib. Onun rəngi və ölçüsü təbiətin əsl möcüzəsi hesab oluna bilər.
Qeyd edək ki, vaksinə verilən ad 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır./Axşam.az
BiG.Az


Maraqlı Baxılıb: 520 Tarix: 16 fevral 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş