Qardaşımın qorxusundan kağızı uddum... – Xanımlara yazılan sevgi məktubları

Qardaşımın qorxusundan kağızı uddum... – Xanımlara yazılan sevgi məktublarıBiG.AZ kulis.az-a istinadən 14 fevral – Sevgililər Günü münasibəti ilə tanınmış xanımlardan onlara yazılan ilk sevgi məktubları haqqında suala cavablarını təqdim edirik.

İlhamiyyə Rza

Mən sevgi məktubu almamışam, heç yazmamışam da. Onda telefon yox idi. Sevgimizi real etiraf edirdik. İlk dəfə real sevgi təklifini isə TV-də işləyəndə Həmid Herisçi edib.

Ramilə Qurbanlı

Atama da, anam da məktəbdə müəllim işləyirdilər deyə, məndən çəkinirdilər, amma arxa partada oturan İbrahim adlı oğlan cəsarətli çıxdı, bir gün mən oturan partanın üstünə bir kağız qoydu. Baxam, nə? Sevgi məktubu. Yazıb, verib mənə, özü də arxa tərəfimdə oturub, başını aşağı salıb. Məktubu oxudum, sonra cırıb başına səpdim. Qıp-qırmızı oldu, bir söz demədi.

Rəbiqə Nazimqızı

Mənə yazılan sevgi məktubları maraqsızdır. Ona görə, gəlin sizə özümün yazdığım sevgi məktublarından danışım. Hərdən mənə elə gəlir, gözümü açandan, yox, səhv elədim, hərfləri öyrənəndən sevgi məktubu yazmışam. Bilirsiniz, mən göndərilməyən məktubların ustasıyam. Daha çox mücərrəd, qeyri-real və ya əlcatmaz ünvanlara yazıram. Amma həmişə yox.

Demək, günlərin bir günü bir nəfər diqqətimi cəlb elədi. İntellektual, yaradıcı adamdı. Amma birdən-birə peyda olub demək olmaz axı, adam, mən səndən xoşlanıram. Hərçənd, uzaqdan-uzağa tanıyır məni. Neyləməliydim? Nəyi hamıdan yaxşı bacarıram? Əlbəttə, məktub yazmağı. Üç məktub yazdım. Elə Kulis.az -da çap olundu: "K üçün". Əslində, adında "k" hərfi yoxdur. Dördüncüsünə ehtiyac qalmadı, reaksiya verdi, hərçənd sonra otuza yaxın məktub yazıldı bu silsilədən. Həyatımın ən maraqlı hadisələrindən idi. Ədəbiyyat üçün həyəcan, həyəcan üçün ədəbiyyat... Sonrası? Heç nə. Yaxşı dost olduq. Hərdən bir-birimizlə şəxsi problemlərimizi də bölüşürük.

Aygün Aslanlı

Orta məktəbdə platonik sevmişəm. Gizli. Məktubsuz. Və məktub da almamışam.

Fəridə

İlk sevgi məktubunu ikinci sinifdə oxuyanda sinif yoldaşımdan almışam. Məktubu birinci partadan dördüncü partaya qədər əl-əl ötürüb mənə verdilər. Dedilər, Həsən deyir məktubumu oxumasa evə gedəndə yolda iti qısqırdacam üstünə. Evimizə yol onların darvazasının önündən keçirdi. Bu, mənim aldığım ilk və son sevgi məktubu olub. Qorxudan məktubu oxumuşdum. İndi o Həsən güləş üzrə beş-altı qat dünya və Avropa çempionudur.

Sahilə Yaya

Mənə ilk məktubu şeirlə yazmışdılar. Yeddinci sinifdə oxuyurdum. Üç sinif yuxarı oxuyan oğlan yazmışdı, çatdırması üçün sinif yoldaşıma vermişdi. İndi məktubları mənə çatdıran dostuma bunu deyəndə boynuna almır, deyir, elə şey olmayıb. Yaşının azlığından istifadə edib, onu poçtalyon etdiklərini qəbul etmir. Mən isə zarafatla həmişə bunu onun yadına salıram.

Sevda Sultanova

Niyəsə kişilər mənimlə münasibətdə çox cəsarətsiz olurlar. Buna görə mənə sevgi məktubu yazmayıblar. Amma mən özüm sevgi məktubu yazmışam. İnstitutda birinci kursda oxuyanda bir oğlanla bir-birimizi sevirdik. Ona məktub yazmışdım, amma xatırlayıram ki, tam sevgi məktubu da deyildi. Həyat, mənəvi dəyərlər, sənət, fəlsəfi kontekstdə bir məktub idi. Həmin adam indiyə kimi bayramlarda, ad günlərində yazır, təbrik edir. Deyir, həmin məktubları öz arxivimdə saxlayıram.

Rövşanə Ağasəfqızı

O vaxt məktəbdə kitabın arasına məktub qoyardılar. Ya da rəfiqəndən balaca kağızda yazılı etiraf göndərərdilər. Dumanlı gəlir yadıma. 7-də oxuyurdum deyesen. Gəldim evə, fizika kitabı idi deyəsən. Açanda baxdım, arasında mürəkkəbə bulaşmış balaca kağız var. Cümlənin sonunda gül şəkli. Cümlə tam yadımda deyil. Deyəsən, ürək də var idi. Ox-filan... Ürək qırmızı qələmlə çəkilmişdi, ox qara. Qorxumdan o kağızı harda gizlətdim, bilmədim. Sonra daha kağızla etiraf-filan olmadı. Universitet illərinə qədər.

Dilarə Zamanova

Mənə sevgi məktubu yazılmayıb. Məktəbdə bütün günü oxuyan, eynəkli, maraqsız qız idim. İndi siz dediniz, özümə də qəribə gəldi, amma həqiqətən yazan olmayıb, daha çox mən özüm sevirdim, həm də platonik. Bir də gördüm, məktəb bitdi. Sonralar sosial şəbəkələrdən çox yazdılar. Əksərini əhəmiyyətsiz hesab etdiyim üçün yadda saxlamamışam.

Bircə

Aldığım ilk sevgi məktubu "Kosmos" siqaretinin qapağına yazılmış bir cümlə olub. İkinci məktub qonşumuz keçəl Suğranın qaloşunda gəlmişdi, amma nimdaş qaloşun dözülməz iyi məktubun ətrini qaçırmamışdı. Dörd məktub da çəyirdəyi çıxarılmış şaftalının içində çatdırılıb mənə. Bilmirəm, o şaftalıları poçt qutusunamı, bağlamayamı, yoxsa baratamı bənzədim. Görüb-görəcəyim elə bunlar oldu. İlk sevgi məktublarını cırıb atmağa, yandırmağa uzun müddət əlim gəlmədi. Onları nənəmdən qalma köhnə kərpic evimizin çoxdan soyumuş buxarısında gizləyib, qarşısından Leninin şəklini asdım. Dahi rəhbərin fəlakət ssenariləriylə dolu keçəl kəlləsinə həsrət-həsrət o qədər baxdım ki, qardaşım məndən şübhələndi, şəkli qoparıb məktublarımı yerlə bir elədi. Oxumasın deyə, başımı balaca qardaşımın beşiyinə vurub yardım. Bir məktubu da oxumağa macal tapmamış çeynəyib udmuşdum. Üstündən hicri tarixiylə qırx il keçsə də udduğumu bu günəcən canıma sindirə bilməmişəm. Bütün gəncliyim Valentin kimi bir xilaskarın yolunu gözləməklə keçdi. Paslı poçt qutularını güddüm, poçtalyonların əlinə baxdım. Ancaq məktub yetişmədi...

Nuranə Nur

İlk sevgi məktubunu bağça vaxtı almışdım. Müəllif hələ hərfləri bilmirdi, gül və ürək şəkili çəkmişdi. Başqa bir qıza vermişdi ki, mənə versin. Qız da gizlətmişdi paltar şkafında, valideyni paltarlarını geyindirəndə tapmışdı. Nə olduğunu soruşanda üstü açıldı ki, kim verib və kimə verməli imiş. Ertəsi gün müəllimələr geniş mövzuya çevirdilər bunu, məktub yazanın valideyni çağırıldı, uşağı danladılar. Valideyni gedəndən sonra cəza olaraq küncə qoydular , yazığım gəlmişdi ona. O gündən qorxusundan mən tərəfə baxmadı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1603   Tarix: 14 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659