"Qızının bir yaşında əri tərk edir, yazdığı mahnı Akif İslamzadəyə problem yaradır..." – Elza İbrahimovanın həyat hekayəsi

"Qızının bir yaşında əri tərk edir, yazdığı mahnı Akif İslamzadəyə problem yaradır..." – Elza İbrahimovanın həyat hekayəsiBu gün - fevralın 11-də duyğulu və həzin mahnıların müəllifi, tanınmış bəstəkar Elza İbrahimovanın anım günüdür.

BiG.AZ Sfera.az-a istinadən mərhum bəstəkarın ömür səhifəsini təqdim edir:

Azərbaycanın və Dağıstanın Xalq artisti Elza İbrahimova 1938-ci ildə Hacıqabulda anadan olub. Uşaq yaşlarından musiqiyə olan sevgi, onu Bakıya gətirir. O, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirir.

16 yaşında atasını itirir...

Musiqi məktəbini bitirdikdən sonra anasının dəstəyi ilə sənədlərini ali məktəbə verir. İmtahan verdiyi ilk ildə ixtisas fənlərindən əla qiymətlər alsa da, bir fəndən kəsilir. Bununla da bədbinliyə qapılan Elza ruhdan düşərək, yenidən imtahan vermək istəmir. Anasına dərzi olmaq istədiyini bildirir. Lakin anası ona "Mən sənə çit paltar tikdirəcəm" deyib Elzanı fikrindən daşındırır və o ikinci dəfə ali məktəbə imtahan verir və Cövdət Hacıyevin sinifinə daxil olur. Daha sonra bəstəkar Qara Qarayevin sinfinə keçir. Onun diplom işini Qara Qarayev və Niyazi kimi ustad bəstəkarlar qiymətləndirir.

Beləliklə, Elza İbrahimova biri-birindən gözəl musiqi əsərlərini bəstələyir. Onun məşhur "Gecələr bulaq başı", "Ey vətən", "Gedək üzü küləyə", "Sən yadıma düşəndə", "Bağçadan keçmisən", "Bilməzdim", "Gəl-gəl gülüm" və digər məşhur mahnıları var ki, bu gün də öz aktuallığını qoruyur. Onun bir çox nəğmələri keçmişlə bu gün arasında musiqi körpüsü yaradaraq, bəşəriliyi ilə ölümsüzlük qazanıb.

Bəstəkarın "Qurban verərdim" mahnısı Akif İslamzadəni "qurban verir"...

Mahnı Sovet ruhuna uyğun olmadığına görə, səsləndirilməsinə qadağa qoyulur. Hətta bununla bağlı mahnının ifaçısı Akif İslamzadani ittiham edirlər ki, "kommunizm dövründə insanları keçmişə qaytarmaq" nə deməkdir? Bu mahnını ifa etdiyinə görə Akif İslamzadəyə bədii şura tərəfindən töhmət də verilir.

Bəstəkar mahnılarının demək olar ki, əksəriyyətini Xalq artisti Flora Kərimova üçün yazır. Hətta dünya ulduzu Maykl Ceksona rekviem yazdığı da bildirilir...
O, İlhamə Quliyevanın ifasında məşhurlaşan "Gəl-gəl, gülüm" mahnısını da Flora Kərimova üçün yazdığını bilidirir. Həmin ərəfədə Flora Kərimova qastrol səfərinə getməli olduğundan onun üçün yazdığı "Bilməzdim" və "Sən yadıma düşəndə" mahnılarını başqa müğənnilərə verməli olur.

Bəstəkarın ən çox sevdiyi mahnısı Flora Kərimovanın ifasında "Bilməzdim" və Rəşid Behbudovun səsləndirdiyi "Ey vətən" musiqisi olur. Elza İbrahimova bəstəkar Üzeyir Hacıbəyovdan sonra, muğam əsasında opera yazan ilk bəstəkar olur.

24 yaşında özündən yaşca böyük professor, Adil Ələkbərovla ailə həyatı qurur...

Lakin bu evlilik qısa sürür. Bir il ailəli olan Elzanın bu evlilikdən Zəhra adlı qızı dünyaya gəlir. Zəhranın bir yaşı olmamış əri Elzanı tərk edir. Bəstəkar uğursuz evliliyindən sonra bir daha ailə həyatı qurmur.

Onun ən böyük arzusu ürəyində qalır...

Bəstəkarın ən böyük arzusu "Yanan laylalar" operasını səhnədə görmək olsa da, bu ona qismət olmur. Bu opera Qarabağ faciəsinə həsr olunur. Elza İbrahimova müsahibələrinin birində "o zaman mənə ilham gələndə, hardan biləydim ki, 20 il bu əsər uğrunda mübarizə aparmalı olacam" sözlərini söyləyir. Məhz bu səbəbdən ömrünün sonuna kimi depressiyaya düşən bəstəkar, heç kimi görmək istəmir. Hətta o ömrünün son ayında yemək və içməkdən də imtina edir.

Elza İbrahimova 1992-ci ildə əməkdar incəsən xadimi, 2008-ci ildə isə 70 yaşında Xalq artisti adına layiq görülür. O, 2012-ci ildə uzun sürən xəstəlikdən sonra, 74 yaşında dünyasını dəyişir.

Bəstəkar İkinci Fəxri Xiyabanda dəfn edilib.

"Qızının bir yaşında əri tərk edir, yazdığı mahnı Akif İslamzadəyə problem yaradır..." – Elza İbrahimovanın həyat hekayəsi"Qızının bir yaşında əri tərk edir, yazdığı mahnı Akif İslamzadəyə problem yaradır..." – Elza İbrahimovanın həyat hekayəsi"Qızının bir yaşında əri tərk edir, yazdığı mahnı Akif İslamzadəyə problem yaradır..." – Elza İbrahimovanın həyat hekayəsi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1466   Tarix: 11 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

TOP MP3