Həkimə getməyə pulu olmadı - KƏLBƏTİNLƏ ÖZ DİŞİNİ ÇIXARDI

Həkimə getməyə pulu olmadı - KƏLBƏTİNLƏ ÖZ DİŞİNİ ÇIXARDIİngiltərənin Haddersfild şəhərinin 48 yaşlı sakini Cemi Ellison kəlbətinlə öz dişini çıxarıb.

Həkimə getməyə pulu olmadı - KƏLBƏTİNLƏ ÖZ DİŞİNİ ÇIXARDIBiG.AZ xəbər verir ki, bu barədə "The Mirror" yazır.

Belə ki, epilepsiya xəstəsi olan Ellison yıxılarkən çənəsini qırdıqdan sonra dişlərindəki problemlərdən əziyyət çəkib. Cərrah onun alt çənəsinə metal plastin və dörd vint yerləşdirib. Lakin implant onda diş ağrılarına səbəb olub.

Ellison sığortayla işləyən stomatoloqlara zəng vurub, lakin heç birinin qəbuluna düşə bilməyib. Özəl klinikaya getməyə pulu olmadığına və diş həkimlərindən ümumiyyətlə qorxduğuna görə 12 ay ağrı çəkdikdən sonra laxlayan dişini özü çəkmək qərarına gəlib.

O, dişini kəlbətinlə çıxarıb. Ağrıya dözümlülüyünün yüksək olduğu üçün Ellison bu prosesin onu çox da incitmədiyini deyib.

Həkimə getməyə pulu olmadı - KƏLBƏTİNLƏ ÖZ DİŞİNİ ÇIXARDILakin dişini özü çıxardıqdan sonra Ceminin damağı çox şişib və o, həftələrlə bu halda gəzib.

Həkimə getməyə pulu olmadı - KƏLBƏTİNLƏ ÖZ DİŞİNİ ÇIXARDIHadisədən sonra Ellison ikinci dişini çıxarmaq üçün nəhayət həkimin qəbuluna düşə bilib.

Dişini uğurla çıxaran həkim qeyd edib ki, özbaşına bu işi görmək ölümcül təhlükəlidir.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 787   Tarix: 27 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş