"O gün nə qədər faciəli olsa da..." - Ruhi Əliyeva şəhidlərimizi andı - FOTO

"O gün nə qədər faciəli olsa da..." - Ruhi Əliyeva şəhidlərimizi andı - FOTOAzərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür. Qanlı Yanvar hadisələrindən 31 il ötür.

BiG.AZ xəbər verir ki, hər bir azərbaycanlı kimi məşhurlarımız da bu günü dərin hüznlə anırlar. Tanınmış biznes ledi Ruhi Əliyeva sosial media hesabında şəhidlərimizlə bağlı paylaşım edib:

"Yanvarın 19-dan 20-nə keçən gecə... Qanlı 20 Yanvar hadisələrindən artıq 31 il keçir. O gün nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə xalqın milli azadlığı, müstəqilliyi üçün yol açan vətən oğullarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin!"

"O gün nə qədər faciəli olsa da..." - Ruhi Əliyeva şəhidlərimizi andı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 494   Tarix: 20 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş