Leonardo da Vinçinin oğurlanan əsəri TAPILDI

Leonardo da Vinçinin oğurlanan əsəri TAPILDIİtaliyada dünya şöhrətli rəssam Leonardo da Vinçinin bir neçə il əvvəl Müqəddəs Dominik Neapolitan Bazilikasından oğurlanan "Dünyanın xilaskarı" adlı rəsm əsəri tapılıb.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, italyan rəssamın ən bahalı əsərlərindən biri olan tablo 2019-cu ildə Neapol şəhərində oğurlanmışdı.

"Dünyanın xilaskarı" oğurlandığı yerin yaxınlığındakı şəxsi evdə tapılsa da, 36 yaşlı ev sahibinin cinayətdə iştirak etməsi sübuta yetirilməyib.

Hazırda polis oğruları axtarır. Ehtimallara görə, XV əsrə aid olduğu bildirilən rəsm əsərinin xarici ölkələrə satılması planlaşdırılıb. Lakin koronavirus pandemiyası bu planları alt-üst edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 758   Tarix: 19 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş