İsveç kralı və kraliçası COVID-19-a qarşı peyvənd olunublar

İsveç kralı və kraliçası COVID-19-a qarşı peyvənd olunublarİsveç kralı və kraliçası COVID-19-a qarşı peyvənd olunublar.

BiG.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İsveç Krallığının Mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Kral cütlüyü - Kral Karl XVI Qustav və Kraliça Silviya hazırda yaşadıqları Stenhammar qalasında ilk dozalarını alıblar.

"COVID-19-a qarşı böyük vaksinasiya indi bütün ölkəmizdə həyata keçirilir. Ümid edirəm ki, yaxın aylarda peyvənd etmək imkanı olan hər kəs bunu etmək qərarına gələcək ki, birlikdə və mümkün qədər tez vaxta biz bu çətin vəziyyətin öhdəsindən gələ biləcəyik", - deyə kral Karl XVI Qustav mətbuat üçün məlumatda bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 563   Tarix: 17 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş