Azərbaycan Ordusunun şəhid hərbçisi DƏFN EDİLDİ

Azərbaycan Ordusunun şəhid hərbçisi DƏFN EDİLDİVətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbçisi Afiq Həsənov dəfn edilib.

Big.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan Ordusunun müddətdə artıq xidmət edən hərbi qulluqçusu, 1999-cu il təvəllüdlüAfiq Namiq oğlu Həsənovun nəşi Qusar rayonuna gətirilib. Şəhid doğulduğu Böyük Muruq kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid A.Həsənov ötən ilin oktyabr ayında ailəsi ilə sonuncu dəfə telefon əlaqəsi saxlayıb. O, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Allah rəhmət eləsin!

Azərbaycan Ordusunun şəhid hərbçisi DƏFN EDİLDİ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1012   Tarix: 14 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş