Daha bir əsgərimizin ŞƏHİD XƏBƏRİ GƏLDİ - FOTO
Vətən müharibəsində itkin düşən daha bir əsgərin şəhid xəbəri gəlib.
BiG.AZ xəbər verir ki, iki aydan artıqdır ki, ailəsinin xəbər ala bilmədiyi 27 yaşlı əsgər Cəlal Yaqub oğlu Bayramovun şəhid xəbəri gəlib. O, bu gün Saatlıda torpağa tapşırılacaq.
Qeyd edək ki, Cəlal Bayramov ötən il sentyabrın 29-da Saatlı rayonu Səfərbərlik Xidmətinin çağırışı ilə təlimə yollanıb. Cəlal sonuncu dəfə Laçında ikən ailəsi ilə əlaqə saxlamışdı./Unikal.org
BiG.Az


Xəbərlər Baxılıb: 1380 Tarix: 14 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş