Üç azərbaycanlı idmançı cəzalandırıldı

Üç azərbaycanlı idmançı cəzalandırıldıÜç azərbaycanlı idmançı barədə sanksiya qərarı çıxarılıb.

BiG.AZ xəbər verir ki, AMADA-dan Oxu.Az-a verilən məlumata görə, ağırlıqqaldıran Firuzə İbrahimova dopinqdən istifadə etdiyi üçün iki illik cəzalandırılıb. Onun cəzası 2019-cu ilin sentyabrın 23-dən hesablanır. Bu ilin sentyabrın 23-də onun cəza müddəti başa çatacaq.

Karateçi Xudayar Kərimov da iki illik cəza alıb. Onun cəzasının hesablanma vaxtı 2020-ci ilin noyabrın 26-dır.

Boksçu Gülhüseyn Ağazadə isə dörd illik sanksiyaya məruz qalıb. Ağazadənin cəzası ötən ilin yanvarın 14-dən hesablanır və 2024-cü ildə başa çatacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1058   Tarix: 11 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş